Home / SAĞLAMLIQ  / Avitaminoz – simptonlar, əlamətlər və müalicəsi

Avitaminoz – simptonlar, əlamətlər və müalicəsi

Vitamin çatışmamazlığından söz açılanda tez-tez hipovitaminoz və avitaminozu qarışdırırlar. Hipovitaminoz orqanizmdə müəyyən vitamin çatışmamazlığını nəzərdə tutur. Əsasən hipovitaminoz qış-yaz mövsümlərində yaranır, insan orqanizmi günəş işığı qıtlığından, yuxusuzluqdan əziyyət çəkir. Hipovitaminoz yüngül bir narahatlıq olub və

Vitaminlər

Vitamin çatışmamazlığından söz açılanda tez-tez hipovitaminoz və avitaminozu qarışdırırlar. Hipovitaminoz orqanizmdə müəyyən vitamin çatışmamazlığını nəzərdə tutur. Əsasən hipovitaminoz qış-yaz mövsümlərində yaranır, insan orqanizmi günəş işığı qıtlığından, yuxusuzluqdan əziyyət çəkir. Hipovitaminoz yüngül bir narahatlıq olub və polivitamin kompleksinin qəbulu ilə aradan qaldırılır.

Avitaminoz – tam başqa şeydir. Müəyyən vitaminlərin orqanizmdə tam yoxluğunu ifadə edir və maddələr mübadiləsinin pozuntusu gətirib çıxardır. Bu vəziyyət qabarıq simptonlarla müşahidə olunur, lakin bu xəstəlik tez rast gəlinən deyil. Müasir dövrdə avitaminoz iqtisadi geri qalmış afrika ölkələrində rast gəlinir.

Simpton və əlamətlər

Kliniki qabartılar müxtəlif avitaminozlar özlərini müxtəlif biruzə verirlər. Lakin hər bir halda insan orqanizminin həyatı vacib biokimyavi proseslərdə pozuntular olur. Məsələn, C vitaminin orqanizmində kəskin çatışmamazlığı sinqa xəstəliyinə gətirib çıxardır. Bu xəstəlik zamanı qan damarları zəifləyir. Nəticədə hüceyrələrə və orqanlara qan sızması baş verir. Damaq qan axmaları, sümük nasazlıqları və ən əsası qan azlığına gətirib çıxardır.

Qan axma sindromu K vitaminin çatışmamazlığı ilə müşahidə olunur. Əsas səbəb qan laxtalanması prosesinin pozulmasıdır. D vitamini çatışmamazlığında kalsiy defisiti dərhal özünü biruzə verir. Böyüklərdə sinir sistemi ziyan aldığı halda, uşaqlarda raxit inkişaf edir. E vitamini çatışmamazlığı olanda orqanizmin bərpaedici xüsusiyyəti zədələnir. İnsan daha tez qocalır. E vitamini gözəllik və cavanlıq vitamini adlandırılır. A vitaminin çatışmamazlığı göz zəifliyinə səbəb olur.

Olduqca ciddi məsələlərdən biri PP vitamininin çatışmamazlığıdır. Bu zaman pellaqra xəstəliyi (“balıq dərisi”) qabarlaşır. Selikli qişaların daim yara içində olması, dəri quruması kimi simptonları var. Pellaqra zəifliklə, depressiya, əsəbililik və yorğunluq ilə müşahidə olunur.

Oxşar simptonlar (dodaq çatlamaları, stomatit) B6 və B2 vitaminlərin çatışmamazlığı zamanı da müşahidə olunur. Süd məhsullarının rasiondan tam çıxarılması B2 vitamininin çatışmamazlığına gətirib çıxardır və bu zaman ariboflavinoz xəstəliyi yaranır. Alkoqoliklərdə daha çox özünü B1 vitamini çatışmamazlığı göstərir. Bu ürək fəaliyyətinə, mərkəzi və periferik əsəb sisteminə mənfi təsir göstərir.

Müalicə və profilaktika

Əsl avitominozu qida rejiminə korreksiya verməklər müalicə etmək demək olar ki, mümkün deyil. Bu zaman həkim nəzarətində böyük dozalarda qana vitamin vurulması həyata keçirilir. Vitamin iynə ilə damara və əzələyə vurulur. Lakin bununla müalicə yekunlaşmır. Vitamin qəbulu az miqdarda olsa da daha bir neçə həftə davam edir. Eyni zamanda avitaminoz zamanı yaranan xəstəliklərin müalicəsi aparılır.

Əsas profilaktik tədbirlərdən düzgün qidalanmaq, təmiz günəşli havada çoxlu gəzmək, həzm orqanlarının müalicəsisini qeyd etmək olar. Bunları etməklə avitaminozdan qoruna bilərsiz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın