Qış geyimini və ayaqqabılarını necə saxlamaq lazımdır
Havalar qızdı deməli, qış paltarlarını qarderobun bir kənarına yığmaq zamanıdır. Lakin əgər siz paltarlarınızın korlanmasını istəmirsiniz isə bu zaman onların düzgün saxlama üsulları barəsində məlumatlı olmalısınız. Qaz tükü gödəkçələr Ciblərini tam yoxlayın, artıq bir şey qalmasın. Uzun
Havalar qızdı deməli, qış paltarlarını qarderobun bir kənarına yığmaq zamanıdır. Lakin əgər siz paltarlarınızın korlanmasını istəmirsiniz isə bu zaman onların düzgün saxlama üsulları barəsində məlumatlı olmalısınız.
Qaz tükü gödəkçələr
Ciblərini tam yoxlayın, artıq bir şey qalmasın. Uzun müddət cibdə qalan əşyalar gödəkçənizin formasını itirə bilərlər. Ciblər boşaldılandan sonra onun təmizliyinə diqqət yetrimək lazımdır. Bunu siz iki yolla edə bilərsiz: quru təmizləməyə verə və yaxud özünüz təmizləyə bilərsiz.
Bunun üçün bütün ciblərini və yaxasını bağlayın və gödəkçəni tərs üzünə çevirin. Qaz tükü gödəkçələri yuyarkən maye yuyuculardan istifadə edin. Paltaryuyan maşını 30-40 dərəcəyə kökləyin və yaxşı olar ki, maşına iki üç ədəd böyük tennis topları atasınız. Bu toplar tükün topalaşmasına maneə olacaq. 2-3 dəfə yaxalamaq və sıxmanı az sayda olan dönmələrdə etmək lazımdır. Qaz tükü gödəkçənizi asılqanda qurutmaq lazımdır. Mütəmadi olaraq qaz tükünü çırpmaq lazımdır ki, tük yatmasın. Quruduqdan sonra gödəkçənizi polietilen qablarda yox, xüsusi parça örtüklərdə saxlayın ki, hava dövranı təmin olunsun.
Ayaqqabı
Qış ayaqqablarınızı yaxşıca yuyun və qurudun. Ayaqqabınız görkəmini itirməsin deyə içini qəzetlə doldurun. Deyilənlərə görə qəzet üzərində olan mürəkkəb güvəni qorxudur. Ayaqqablarınızı qutularda gün işığından uzaq olan quru yerdə saxlayın.
Sviter
Sviteri yumaq lazımdır, ləkə qalmamalıdır. Cüzi bir ləkə də sviterinizi korlaya bilər. Üstəlik güvə məhz çirkli paltarlara daha çox meyillidir. Asılqandan asmayın deformasiya olacaq. Qutularda güvəyə qarşı vasitələrlə bir yerdə saxlayın.