Home / QİDA  / Yaşıl mərci şorbası

Yaşıl mərci şorbası

Müasir həyatda qırmızı mərci şorbası daha dəbdə olsa da inanırıq ki, bir çoxlarımız məhz nənələrimizin və analarımızın uşaqlıqda bizə bişirib yedirdikləri yaşıl mərci şorbasını sevir. Üstəlik qırmızı mərci şorbasını istədiyiniz türk lokantasında da yeyə bilərsiz.

yaşıl mərci şorbası

Müasir həyatda qırmızı mərci şorbası daha dəbdə olsa da inanırıq ki, bir çoxlarımız məhz nənələrimizin və analarımızın uşaqlıqda bizə bişirib yedirdikləri yaşıl mərci şorbasını sevir. Üstəlik qırmızı mərci şorbasını istədiyiniz türk lokantasında da yeyə bilərsiz. Bügün sizlərə məhz yaşıl mərci şorbasının hazırlanmasından söz açacayıq.

Lazımdır: 1 st yaşıl mərci, 2 ədəd baş soğan, 2 ədəd kartof, 2 ədəd pomidor, 2 xörək qaşığı zeytun yağı, keşniş, duz, istiot

Hazırlanması: Mərci təmizlənib yuyulur və bir müddət suda saxlanılır. Bu arada kartof təmizlənib və doğranılır. Soğan yağda qızardılır və pomidor əlavə olunur. Yağ-soğanı birbaşa şorbanı hazırlayacağınız qazanda hazırlayın. Daha sonra mərcini əlavə edin və 1-2 dəqiqə pomidor suyunda pörtlədikdən sonra suyu əlavə edin və 45 dəqiqəyə yaxın bişirin. Daha sonra kartofu əlavə edin və kartof bişdikdən sonra keşnişi şorbanın üstünə səpin. Duz-istiot zövqə görədir. Nuş Olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın