Home / XƏBƏRLƏR  / “Zərdüşt belə dedi” filmi Kann festivalında

“Zərdüşt belə dedi” filmi Kann festivalında

Gənc rejissor Ayxan Tanın çəkdiyi “Zərdüşt belə dedi” filmi Kann festivalında tamaşaçılara təqdim olunacaq. Filmin qəhrəmanı gənc aktyor Orxan Atanın sözlərinə görə "Zərdüşt belə dedi"nin çəkiliş qrupu may ayında Kann festivalı çərçivəsində Kann şəhərində olacaq.

"Zərdüşt belə dedi" filmi

Gənc rejissor Ayxan Tanın çəkdiyi “Zərdüşt belə dedi” filmi Kann festivalında tamaşaçılara təqdim olunacaq. Filmin qəhrəmanı gənc aktyor Orxan Atanın sözlərinə görə “Zərdüşt belə dedi”nin çəkiliş qrupu may ayında Kann festivalı çərçivəsində Kann şəhərində olacaq. Film festivalın “Short Film Corner”inə seçilib.

“Zərdüşt belə dedi” filminin rejissoru Ayxan Tan, ssenaristlər İlham Əkbər və Musa Əfəndi, prodüsseri Azad Heydərov, filmin qəhramanları aktyorlar Arzuman Mirzəsoy, Orxan Ata və Eltac Zeynalovdu. Gənclər filmin çəkilişlərini Qaxda və Bakıda aparıblar.

Filmin posteri Tural Əlisoyun əl işi olub, ingilis dilinə tərcüməsini Cavid Ağa və İlahə Əkbər yerinə yetiriblər.

“Zərdüşt belə dedi”nin qısa məzmunu: Orxan, qardaşını axtarır. Dostu ilə birlikdə qardaşının axtarışına çıxan Orxan Zərdüştdən xəbər tutur və son fürsətini yoxlayır. Hadisələr Orxan-Zərdüşt-qardaş üçbucağında keçən simvollarla dolu hekayələrdən ibarətdir.

Qısametrajlı olub, film 20 dəqiqəlikdir. Janrı komediyadır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın