Home / SAĞLAMLIQ  / Prostat xərçəngi ilə necə mübarizə aparılmalıdır

Prostat xərçəngi ilə necə mübarizə aparılmalıdır

Kişi onkoloji xəstəliyindən uzaq olmaq üçün idman etmək, pəhriz saxlamaq və siqaret çəkməmək lazımdır. Kişilr üçün prostat xərçəngi - qadınlar üçün döş xərçənginə bərabərdir. Prostat xərçəngi boğaz xərçəngindən sonra kişilər arasında yayılan ən birinici ölüm səbəblərindəndir.

Prostat xərçəngi

Kişi onkoloji xəstəliyindən uzaq olmaq üçün idman etmək, pəhriz saxlamaq və siqaret çəkməmək lazımdır.

Kişilr üçün prostat xərçəngi – qadınlar üçün döş xərçənginə bərabərdir. Prostat xərçəngi boğaz xərçəngindən sonra kişilər arasında yayılan ən birinici ölüm səbəblərindəndir. Bu yazıda prostat xərçəngindən qorunmağın və müalicənin yollarından danışacayıq.

Müalicə

Prostat xərçəngindən azad olmağın bir neçə üsulu var:

Gözləmə üsulu

Prostat xərçəngi zamanla və çox yavaş əmələ gəlir. 40 yaşından sonra kişilər həkimə müraciət etməli və prostat nəzarətini mütamadi yerinə yetirməlidirlər. Bu zaman ilkin etaplarda aşkarlanan xəstəlikdən tez və daha asan azad olmaq olar.

Tam ləğv

Bu radikal müalicə üsulu prostoektomiya adlanır. Bu zaman xəstə xaya tamami ilə götürülür. Prostoektomiya iki üsulla edilir: açıq əməliyyat və ya laparoskopiya. Sonuncuda cərrah alətləri kəsik olmadan daxil edilir və mexaniki manipulyatorun köməyi ilə xaya götürülür.

Transuretral rezeksiya

Sünnətin başından xüsusi alət daxil edilir və prostatın müəyyən hissəsi götürülür. Bunu anesteziya ilə edirlər.

Şualanma

Radioterapiya xüsusi şualarla xərçəng hüceyrələrini öldürür. O zaman istifadə edilir ki, şiş o qədər də böyüməmiş və prostatın ətrafını zədələməmişdir. Açıq və qapalı şualanma üsulları var. Sonuncusu braxiterapiya adlanır, xəstəyə xüsusi şua buraxan implant yeridilir. Bu üsul vasitəsi ilə yalnız zədələnmiş hissənin şualanması gedir, sağlam yerlərə demək olar ki, təsir etmir.

Kriocərrahiyyə

Zədələnmiş prostat hissələri bir neçə dəfə dondurulub əridilir və nəticədə xərçəng hüceyrələri məhv olur. Dondurucu vasitə kiçik bir kəsikdən daxil edilir və bu əməliyyat ümumi və ya epidural (beldən) anesteziya ilə həyata keçirilir.

Hormonal terapiya

Bunu həmçinin androqen blokadası da adlandırırlar. Xəstədə kişi hormonların səviyyəsi süni azaldılır. Hormonların azalması prostatın inkişafına maneə olur, uyğun olaraq xərçəng hüceyrələri də inkişaf etmir. Lakin bu müalicə üsulu sonda çox zaman radikal üsulla yekunlaşır.

Kimya terapiyası

Xərçəng hüceyrələrini öldürən dərmanlar damara iynə ilə və yaxud adi su ilə qəbul ilə orqanizmə daxil edilir. Bu üsulun üstünlüyü ondadır ki, bu zaman prostat xərçəngi ilə eyni zamanda yaranmış digər metostazları da məhv edir. Bu dərmanın qan ilə bütün bədənə yayılması ilə izah olunur.

Qeyd edək ki, yuxarıda göstərilə üsullar əksər hallarda kompleks şəkildə aparılır. Üstəlik ağrı kəsicilərdən istifadə olunur.

Profilaktika

Prostat xərçənginə tutulmamaq üçün pəhriz, düzgün həyat tərzi və tibb kömək ola bilər.

Pəhriz

– yağlı yeməklərdən uzaq durun.
– qırmızı ət, sosiska, kolbasa və sair bu növ məhsullardan uzaq olun.

– spirtli içkidən az istifadə edin. Gündəlik norma – 0,3 pivə və ya 100 qr şərab, və ya 40 qr güclü spirtli içki.

– daha çox meyvə, tərəvəz və dənli bitkilər.

– likopeni yüksək olan məhsullar: pomidor, qreypfrut və qarpız. Likopen xərçəngin yaranmasına maneə olur.

– brokkoli, gül kələmi onkoxəstəliklərin düşmənidir.

– paxlalı məhsulları, nar şirəsi və yaşıl çay. Elmdə sübut olunmasa da, bu məhsullar xərəngin düşmənidirlər.

– E vitamini və selen prostat xərçənginin ehtimalını azaldır, lakin bunların yüksək qəbulu əks effekt verə bilər.

– omeqa-3 – balıq və qoz yeyin.

Həyat tərzi

– daha çox hərəkət. Hər gün az da olsa idman ediniz.

– artıq çəkini atın. Sübut olunub ki, artıq çəkili insanlar daha çox xərçəng xəstəliyinə tutulurlar.

– daha çox eakulyasiya. Alimlər sübut ediblər ki, ayda 20 eakulyasiya xərçəng xəstəliyinə tutulma riskini azaldır. Əgər sekslə məşğul olmaq imkanınız yoxdursa masturbasiyaya əl atın. Lakin hər şeyin çoxu da ziyandır,unutmayın.

Tibb

Həkimlər hormon azaldıcı dərman preparatlarını profilaktika üçün təyin edirlər. Düzdü bu preparatlar kişi cinsiyyətini sınayır. Burda seçimi artıq sizə buraxırıq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın