Toyota benzin mühərriklərində Atkinson dövrəsi prinsipindən istifadə edib
Yaponiya şirkəti olan Toyota yeni 1-1,3 litrlik benzin mühərriklərində Atkinson dövrəsindən istifadə edib, Automotive News Europe xəbər verir. Antikson dövrəsi yanacağa qənaət edir və ekoloji göstəriciləri artırır. Çatışmamazlığı - aşağı döngələrdə sönmə ehtimalı vardır. Yeni üçsilindirli 1
Yaponiya şirkəti olan Toyota yeni 1-1,3 litrlik benzin mühərriklərində Atkinson dövrəsindən istifadə edib, Automotive News Europe xəbər verir.
Antikson dövrəsi yanacağa qənaət edir və ekoloji göstəriciləri artırır. Çatışmamazlığı – aşağı döngələrdə sönmə ehtimalı vardır.
Yeni üçsilindirli 1 litrlik tutumu olan mühərrik 11,5:1 sıxlığa, 68 at gücünə malikdir. Hər 100 km 3,9 litr benzin israf edir. Mühərrikin termik faydalıq əmsalı – uyğun olaraq, 37 və 38 faizdir.
2015-ci ilin sonunadək Toyota 12 analoji mühərrikin istehsalını planlaşdırır ki, bu mühərriklər şirkətin buraxdığı maşınların 1/3-də istifadə olunacaq.