Home / SAĞLAMLIQ  / Orqanizmin TOP 5 funksional imkanları

Orqanizmin TOP 5 funksional imkanları

İnsan öz orqanizminin imkanlarını kiçiltməməlidir. Bu imkanlar sayəsində aşağıdakıları etmək mümkündür: Bədən temperaturu Soyuq havalarda nazik bir köynəkdə gəzənlərə, dənizə girənlərə təəccüblənirsiniz? Bilin ki, onlar buna bədən temperaturalarını idarə etməklə nail olurlar. Düzgün nəfəs almaqla bu insanlar

İnsan orqanizminin gücü

İnsan öz orqanizminin imkanlarını kiçiltməməlidir. Bu imkanlar sayəsində aşağıdakıları etmək mümkündür:

Bədən temperaturu

Soyuq havalarda nazik bir köynəkdə gəzənlərə, dənizə girənlərə təəccüblənirsiniz? Bilin ki, onlar buna bədən temperaturalarını idarə etməklə nail olurlar. Düzgün nəfəs almaqla bu insanlar damarlarını genişləndirirlər və hətta tərləyə də bilirlər. Həmçinin meditasiya da buna imkan yaradır.

Oynaqlarda ağrılar

Nənə və babalarınızdan eşitmisiniz ki, əgər oynaqlar ağrıyırsa, hava və atmosfer təzyiqi dəyişəcək. Faktla danışsaq onların artriti var. Taftsa Universitetinin alimləri iddia edirlər ki, təzyiqin aşağı düşməsi oynaqlardakı sinovial mayəni azaldır və oynaqların sürtünməsini ağrılı edir.

Güc və dözümlülük

Nə qədər acı olsa da, bəzən insan imkanlarını stres vəziyyətində aşkarlayırlar. Ən kritik anlarda insan inanılmazları edə bilir: sonsuza qədər qaçmaq, sonadək mübarizə aparmaq, inanılmaz çəkiləri qaldırmaq. Britaniyalı alim-fizioloq Devid Pirson deyir ki, stres vəziyyətində inqibitorlar azalır, bu inqibitorlar beyin qabığında gedən impulsları yavaşladır.

Yaddaş

Heç eşitmisiniz ki, hər bir şeyi tarixi ilə yadda saxladan sindrom var? Buna hipertimeziya deyilir. Hipertimeziya yaddaşda daha çox informasiyanı saxlamağa kömək olur. Alimlər bu sindromu öyrənmiş və müxtəlif metodlar araşdırılmışdır. Nəticədə amerikalı jurnalist Coşua Foer bir il ərzində yaddaşını o qədər gücləndirmiş ki, bu sahə üzrə ABŞ çempionu belə olmuşdur.

Ürək

Amerika alimləri eksperimentlər aparmışlar və insan ürəyinin gələcəyi hiss etmək xassəsi aşkarlamışdırlar. Beləki, araşdırmada iştirak edən könüllülərə ardıcıl şəkillər göstərilmiş. Nəticədə insan ürəyinin ritmləri şəkilə uyğun öncədən dəyişirmiş.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın