Home / GÖRKƏM  / Kişi seksuallığının qanunları

Kişi seksuallığının qanunları

Saqqalla seksuallığın əlaqəsi varmı? Nə tip kişi üzü və bədən quruluşu seksual hesab olunur? Qadının xoşuna necə gəlmək olar? Northumbria University-nin araşdırmalarının məqsədi kişi üzündə saqqalla onun seksual görünməsi arasında əlaqəni öyrənmək olub. Əsasən aşağıdakı parametrlərə təsiri

Seksual kişi
Saqqalla seksuallığın əlaqəsi varmı? Nə tip kişi üzü və bədən quruluşu seksual hesab olunur?

Qadının xoşuna necə gəlmək olar?

Northumbria University-nin araşdırmalarının məqsədi kişi üzündə saqqalla onun seksual görünməsi arasında əlaqəni öyrənmək olub. Əsasən aşağıdakı parametrlərə təsiri araşdırılıb: cəlbedicilik, kişilik, dominantlıq.

Kompüter vasitəsi ilə bir neçə kişi üzləri hazırlanmış: gur saqqallı, az saqqallı, az tüklü.

Hansı daha seksualdır – saqqal və ya az tük?

Araşdırmaların nəticələrinə görə saqqallı kişilər daha ciddi münasibətlər üçün cəlbedici olublar. Üzü tam təmiz olan kişilər isə qadınların gözündə cavan və uşaq kimi görünürlər.

Qadınların əksəriyyəti isə az tüklü üzlərdən xoşlanırlar. Belə saqqala malik olan kişilər daha seksual, inamlı və cəlbedici görünürlər.

Xarici görünüş haqqında araşdırmalar

Bir neçə il öncə University of Regensburg xarici görünüş barəsində miqyaslı araşdırmalar aparmışdır. 500 nəfər kompüterdə düzəldilmiş kişi üzlərinə rəy vermişdirlər.

1-7 qədər qiymətləndirmə cədvəlində, inamlılıq, düzgünlük, cazibədarlıq, ziyalılıq, profesionallıq, dostluq kimi parametrlər qiymətləndirilmişdir.

Hansı kişilər daha seksualdır?

Qarabuğdayı, üçbucaq üz quruluşuna malik və daha az piy qatına sahib olan kişilər daha seksual hesab olunublar.

Bundan başqa daha dolğun və simmetrik dodaqlar, burunla ağız nahiyəsi arasında qırışı olmayan, qara qaş-göz, düzgün çənəyə malik olan kişilər seksual hesab olunublar.

Xarici görünüşlə insana olan münasibətin əlaqəsi

Seksual hesab olunan kişilər həmçinin başqa göstəricilərdə də yüksək qiymət əldə etmişdirlər. Onları özlərinə əmin, uğurlu, istiqanlı, dostsevən və ziyalı hesab edirlər.

Hesab olunur ki, uğurlu və özünə inanan kişilər daim baxımlı, seksual, cazibədar, daim gülən, qayğısı üzündə görünməyən kişilərdir.

Seksual bədən quruluşu

2000 qadından aparılan sorğuya əsasən kişilərin seksual bədən quruluşları haqqında məlumat toplanmışdır.

Qadınların 82% düzgün qamət və fit bədən quruluşunu seksual hesab etmiş, 8% bodibilder bədən qurluşunu, 5 faizi isə kök olmayan “ev kişilərini” seksual hesab etmişdirlər.

Nəticə olaraq, az tüklü üzlər daha seksual görünür. Yumru üzlərdənsə daha çox sərt cizgili üzlər seksual görünür. Bir çox qızlar əzələli bədəni seksual saymırlar.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın