Home / İDMAN  / Bitseps məşqləri

Bitseps məşqləri

Yay gəlir, qısaqol gödəkçədə cəlbedici görsənmək istəyirsiniz? Biz sizlərə tez bir zamanda bitsepsləri məşq elətdirməyi barəsində danışacayıq. Böyük bitsepsə nail olmaq Bir çox əzələdən fərqli olaraq, bitseps bir xətt üzrə yerləşib və onun məşqi zamanı çəkiyə yox,

Bitseps
Yay gəlir, qısaqol gödəkçədə cəlbedici görsənmək istəyirsiniz? Biz sizlərə tez bir zamanda bitsepsləri məşq elətdirməyi barəsində danışacayıq.

Böyük bitsepsə nail olmaq

Bir çox əzələdən fərqli olaraq, bitseps bir xətt üzrə yerləşib və onun məşqi zamanı çəkiyə yox, əsasən texnikaya diqqət yetirmək lazımdır.

Bir çox məşqlər bitsepsi də eyni zamanda məşq elətdirir. Bu məşqləri kombinə etmək olar.

Bitseps üçün ən yaxşı məşqlər

Bitsepsə anatomik məşq kimi ştanqa ilə jimdir. Ştanqa ilə jim müxtəlif cür olur: düz və tərs tutuş ilə, qantellərin qaldırılması, blokda qantellərin qaldırılması.

Bitsepsləri vizual olaraq böyütmək üçün daxili çiyin əzələlərini məşq elətdirmək lazımdır. Bu əzələlə bitsepsi sanki yuxarı dartacaqdır. Bu əzələni qantellərlə işləyəndə biləyi fırlatmaqla məşq elətdirə bilərsiz.

Bitsepsin düzgün məşqi

Bitseps məşqləri zamanı əsas odur ki, güc yalnız bitsepslərə düşsün, məşq zamanı yalnız çiyinlər və bitseps işləməli, bədənə güc düşməməlidir.

Dirsəklərinizə fikir verin – əgər qabağa çıxartsanız beliniz əyiləcək, yanlara ayırsanız zədələnə bilərsiz. Dirsəklər məşq zamanı bir nöqtədə fiksasiya olmalıdırlar.

Bitseps məşqləri zamanı təhlükəsizlik texnikası

Düz biləklə çəki qaldırmayın, onları zədələyə bilərsiz. Ştanqanı qaldırmazdan əvvəl biləyinizi biraz aşağı əyin , bu düşən gücü xeyli azaldacaq.

Məşq zamanı çəkiyə yox məhz düzgün məşq etmək imkanına fikir verin, əks halda ciddi zədələr ala bilərsiz.

Başlayanlar üçün

Başlayanlar üçün qeyd etdiyimiz kimi, əsas çəki və təkrarlar deyil, əsas düzgün yerinə yetirilməsədir. Bitseps məşqlərini həftədə bir dəfə 3-4 məşq seçib eləmək lazımdır.

Hər bir məşq 3 yanaşmadan və 7-10 təkrarlamadan ibarət olmalıdır. Məşqləri aşağı templə yerinə yetirmək vacibdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın