Home / QİDA  / Fastfudun ziyanı

Fastfudun ziyanı

Heçkimə sirr deyil ki, fastfud birbaşa artıq çəki ilə əlaqəlidir. Üstəlik burada böyük çəkilərdən söz gedir. Fastfud niyə artıq çəki yaradır? Bütün həkim və dietoloqlar iddia edirlər ki, fastfudun ziyanı onun qəbulu ilə artır. Bu səbəbdən

Fastfud
Heçkimə sirr deyil ki, fastfud birbaşa artıq çəki ilə əlaqəlidir. Üstəlik burada böyük çəkilərdən söz gedir. Fastfud niyə artıq çəki yaradır?

Bütün həkim və dietoloqlar iddia edirlər ki, fastfudun ziyanı onun qəbulu ilə artır. Bu səbəbdən daimi fastfud qəbulu arzuolunmazdır.

Əsas məsələ ondadır ki, bu tip qidalar yüksək kalorili, yağlı və az vitaminli olurlar. Əsasən də bu hamburqerlərə aiddir.

İş ondadır ki, bu tip restoranlar müştəriləri daim cəlb etmək üçün qidaları yağlı və şəkərli edirlər. Hətta sağlam qida altında satdıqları salatlarda belə dadlandırıcılardan istifadə edirlər ki, bunları da sağlam qida adlandırmaq çətindir.

Fastfudun ziyanı barəsində hərkəs bilir, lakin bu restoranların satışı ildən ilə artır. Ən əsas mənfi nəticə kimi artıq çəki qeyd olunur. Hamburqer, fri, südlü kokteyllər, qızardılmış toyuq dadlı olmaqla yanaşı olduqca kalorilidirlər. Misal olaraq, ən populyar olan çizburqer tərkibində 540 kaloriy və 29 qr yağ cəmləşdirir, əlavə olaraq fri – 500 kaloriy və 25 qr yağ.

Fastfud yüksək natriy tərkibinə malikdir. Natriy qidanı dada gətirir və uzunmüddətli edir. The American Heart Association qeyd edir ki, insan orqanizminin gündəlik natriy ehtiyyatı 2300 mqr aşmamalıdır. Çizburqer və fri artıq 1390 mqr natriyə sahibdirlər.

Daimi yüksək natriyin qəbulu orqanizmdə su saxlanmasına gətirib çıxardır, nəticədə qan həcmi artır və arterial təzyiq yüksəlir.

Yüksək miqdarda yağlar və xolseterol qanda xolesterinin artmasına gətirib çıxardır. Orqanizm ozü ozlüyündə xolesterol istehsal etdiyi üçün onun əlavə qəbuluna ehtiyac yoxdur. Daimi fastfudun qəbulu orqanizmdə xolesterol və yağın artımına gətirib çıxardır. Yuxarıda qeyd etdiyimizi assosiyasiya xolesterolun gündəlik normasını 300 mqr kimi qeyd etmiş. Çizburqerin tərkibində isə artıq 75 mqr xolesterol vardır.

Xolesteroldan sonra triqliseridlər gəlir. Triqliserid də ürək xəstəliklərinə səbəb ola bilir. Beləki, orqanizm istifadə etmədiyi kaloriləri triqliserid şəklində saxlayır və daimi fastfud qəbulu bu qalıqları qanda artırır.

Fastfud qəbulu insan orqanizminə ziyandı. Lakin əgər siz bundan imtina edə bilmirsiniz isə ən azından fastfud qəbulunu azaldın və aşağıdakı məsləhətləri nəzərə alaraq, ziyanın həcmini azaldın:

* Çipsi əvəzi popkorn
* Dondurma əvəzi dondurulmuş meyvə şirəsi
* Adi pizzanın yerinə buğdadan pizza
* Adi burqer əvəzinə tərəvəzli burqer
* Südlü kokteyl əvəzi meyvəli smuzi
* Adi naqetslərin əvəzinə qrildə hazırlanmış naqetslər
* Qazlı içkilər əvəzi ev limonadları.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın