Home / BİZNES  / İşdən sonra düzgün istirahət

İşdən sonra düzgün istirahət

Çoxlu işləməyi bacarırsınız isə, düzgün istirahət etməyi də bacarmalısınız. Əks halda çox keçməz hər bir şeydən bezərsiniz. Dəqiqəbədəqiqə İşgüzarlıq - yaxşı haldır. Lakin fanat olmağa gərək yoxdur. Sizin bədəniniz istirahəti resurs kimi yığmır. "Bazar günü yataram", "məzuniyyətdə

İşdən sonra istirahət
Çoxlu işləməyi bacarırsınız isə, düzgün istirahət etməyi də bacarmalısınız. Əks halda çox keçməz hər bir şeydən bezərsiniz.

Dəqiqəbədəqiqə

İşgüzarlıq – yaxşı haldır. Lakin fanat olmağa gərək yoxdur. Sizin bədəniniz istirahəti resurs kimi yığmır. “Bazar günü yataram”, “məzuniyyətdə tam istirahət edərəm” fikirlərindən uzaq olun. Bu sizin əmək məhsuldarlığınıza zərbədir.

Pomidor Texnikasının yaradıcısı Françesko Çirillo hər 25 dəqiqə işdən sonra 5 dəqiqə istirahət etməyinizi məsləhət bilir. Dörd dövriyyədən sonra bu 5 dəqiqəni 15-20 dəqiqəyə qədər artıra bilərsiz. Bu istirahət cədvəli məhsuldarlığı artırır.

Bədən

Bütün günü oturmusunuz lakin özünüzü yorğun hiss edirsiniz? Səbəb bundadır ki, bel və boyun əzələləriniz daim gərgindir. Bunun mübarizədə xüsusi məşqlərdən istifadə edin, 20-30 dəqiqədən bir çalışın qalxıb gəzəsiniz. Fasilədə çölə çıxın.

Yorğunluq

Yorğunluq – xüsusi funksional haldır ki, bu zaman insan orqanizmi halsızlığa yaxınlaşır. İlk əvvəl belə bir halda məhsuldar görünür, bu insan orqanizminin resurslarının mobilizasiyası ilə xarakterizə olunur. Lakin sonrada halsızlıq gəlir və işdə səhvlər çoxalır. Xroniki yorğunluq orqanizmdə xəstəliklərə və halsızlığa gətirib çıxarda bilir. Bu səbəbdən hər şeyin ifratı yanlışdır. Yaxşı olardı ki, vaxtında işdən gedəsiniz, gecəyə qədər işləməkdən uzaq durun, onsuzda dəyər verən olmayacaq, bir müddət sonra buna artıq sizin vəzifəniz kimi baxacaqlar.

İstirahət

İstirahətinizə yarı qalmış işlər maneə olur. Bu səbəbdən gün ərzində etdiyin bütün işlərin siyahısını tərtib edin. Sabah görüləcək işlərinizi planlaşdırın. Üstəlik istirahətinizi maili yoxlamaqla pozmayın, bu zaman beyninizə gələ biləcək ideyaları qaçıra bilərsiniz.

Xobbi

İşdən sonra yaxşı istirahətin ən yaxşı üsulu xobbidir. Demək olar ki, bütün biznes adamlarının xobbisi vardır. İnsan sevdiyi işlə məşğul olduğu zaman istirahət edir. İdman da burada variant ola bilər.

Əgər aktiv istirahəti sevmirsiniz isə kitab oxuyun və ya filmə baxınız. Birincisi daha yaxşı olar, bu zaman sizin təsəvvürünüz aktivləşəcək və iş barəsində düşüncələr uzaqlaşacaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın