Home / SAĞLAMLIQ  / İnfarktdan qorunmaq: TOP-10 sadə üsul

İnfarktdan qorunmaq: TOP-10 sadə üsul

İdman - ürəyi bərkidməyin yeganə üsulu deyildir. Bunu siz evdə divanda oturaraq da edə bilərsiniz.Trenajora getməyi sevməyənlər, korvalol içə bilməyənlər üçün, təmbəllər üçün sadə üsullar da vardır. Kivi Kivi yeyin. Meyvə trombositlərin yapışması prosesini 18% azaldır. Triqliseridlərin

İnfarkt
İdman – ürəyi bərkidməyin yeganə üsulu deyildir. Bunu siz evdə divanda oturaraq da edə bilərsiniz.Trenajora getməyi sevməyənlər, korvalol içə bilməyənlər üçün, təmbəllər üçün sadə üsullar da vardır.

Kivi

Kivi yeyin. Meyvə trombositlərin yapışması prosesini 18% azaldır. Triqliseridlərin qanda səviyyəsini 15% azaldır. Triqliseridlər qanda çox olduğu zaman xolesterinə çevrilirlər. Bunu Oslo Universitetinin alimləri iddia edir.

Qarğıdalı

“Qarğıdalının tərkibində olan xrom ürək-damar xəstəliklərininin qarşısını alır.” – Harvard Universitetinin alimləri iddia edirlər.

Nar şirəsi

Gündə 60 qramm nar şirəsi içməklə bir ilə yüksək qan təzyiqiniz 21% aşağı düşəcəkdir. Bunu İsrailin Tibb Mərkəzində olan alimlər deyirlər.

Süd

Sağlam sümüklər – sağlam ürək. Kalsiy ürək təzyiqini aşağı salır. Həmçinin orqanizmdən xolesterini çıxardır. Britaniyanın Tibbi Jurnalına görə gündəlik norma bir fincan süddür.

İsti

Gigiyena və tropik tibb London məktəbinin alimləri iddia edirlər ki, insana soyuq olan zaman onun bədən temperaturu bir dərəcə yüksəlir. Bu ürəyin işləmə sürətinin artması və qan təzyiginin yüksəlməsi ilə izah olunur. Daim üşüsəniz 28 gündən sonra infarkt sizi yaxalayacaq.

Qırmızı şərab

Missisipi Universitetinin alimləri görünür içməyi sevirlər ki, onların iddialarına görə qırmızı şərabın tərkibində olan antioksidantlar orqanizmdən xolesterini çıxardır. Lakin alimlər gündəlik normanı təyin etməyi unudublar.

Düzgün qida rejimi

Britaniyanın Tibb Jurnalının alimləri iddia edirlər ki, gün ərzində tez-tez lakin az-az yemək xolesterinin qəbulunu 5% azaldır.

Soyuq

Perdyu Universitetinin alimləri məsləhət görürlər ki, meyvə və tərəvəzləri soyuducuda saxlayasınız. Bu zaman ürəyə lazım olan vitaminlər itməyəcək. Aşağı temperatur faydalı elementlərin dağılmasına imkan vermir. Lakin soyuducunun dondurucu ilə səhv salmamanız xəbərdarlıq edilir.

Şokoladlı süd və kokos içkiləri

Şirin sevənlərə şad xəbər! Barselona Universitetinin alimləri hesab edirlər ki, bu içkilər damar xəstəliklərinin və aterosklerozun qarşısını alırlar.

Bekon (hisə verilmiş, duzlanmış donuz əti)

Texas Universitetinin alimləri iddia edirlər ki, gündə bir neçə dilim bekon sayəsində ürək xəstəliklərindən qorunmaq olar. Kişi onlayn jurnalı İDOL olaraq biz bilmirik bekon və yuxarıda qeyd etdiyimiz qırmızı şərab nə qədər sizin ürəyinizə xeyirlidir, lakin bunların İslam Dinində haram olduğunu xatırlatmaq istəyirik.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın