Home / QİDA  / Əsl kişinin səhər yeməyi necə olmalıdır?

Əsl kişinin səhər yeməyi necə olmalıdır?

Əla bədən quruluşuna və qadınların diqqətinə malik olmaq istəyirsiniz? Deməli, siz mütləq əsl kişinin səhər yeməyinin necə olduğunu bilməlisiniz. Dünyada hər bir kişi gün boyu özünü gümrah hiss etmək, əla bədən quruluşuna və sağlam orqanizmə malik

Səhər Yeməyi
Əla bədən quruluşuna və qadınların diqqətinə malik olmaq istəyirsiniz? Deməli, siz mütləq əsl kişinin səhər yeməyinin necə olduğunu bilməlisiniz.

Dünyada hər bir kişi gün boyu özünü gümrah hiss etmək, əla bədən quruluşuna və sağlam orqanizmə malik olmaq arzusundadır. Lakin buna heç də bütün kişilər nail ola bilmirlər. İdman zallarına getmələr, pəhriz, hətta dərman preparatlarının qəbulu onlara kömək olmur. Bəs hər bir sahədə ideal olmağın yolu nədir?

Cavab olduqca sadədir. Alimlər müəyyənləşdiriblər ki, sağlamlığın, xoş əhval-ruhiyyyənin və əla xarici görünüşün rəhni səhər yeməyidir. Bəli, düzgün səhər yeməyi sizə gümrahlıq və ideal bədən quruluşu bəxş edəcəkdir. Yalnız buna ağılla yanaşmaq lazımdır.

Kişilər çoxlu enerji sərf etdiklərinə görə səhər yeməyi onlara gün boyu gümrahlıq verməlidir. Beyin fəaliyyətinin normal olması üçün ilk öncə qlükoza lazımdır. Məhz qlükoza insan orqanizminin fəaliyyətini aktivləşdirir. Əlbəttə ki, düzgün səhər yeməyi özündə kalorili və karbohidratı çox olan məhsulları cəmləyir. Bu məsləhətə əməl etməsəniz gümrahlıq və ideal bədən quruluşu əvəzinə, yuxusuzluğa və sallanan qarına nail olacaqsınız.

Ağıllı səhər yeməyinin əla məhsulu yumurtadır. Onun tərkibindəki zülal beyin fəaliyyətini aktivləşdirir və rahat bir şəkildə işləməsini təmin edir. Bir çox kişilər səhərlər qayğanaq yeyirlər. Lakin əgər bədən quruluşunuzu itirmək istəmirsiniz isə yaxşı olar ki, yumurtanı soutma halında qəbul edəsiniz.

Əlbəttə ki, təkcə yumurta ilə səhər yeməyi bitməməlidir. Əla olardı ki, səhərlər meyvəli salatlar yeyərdiniz. Banan, apelsin, şaftalı, yemiş, kivi, cır mərsin və təbii yoqurtdan hazırlanmış salatlar sizə gün boyu gümrahlıq verəcək. Beyniniz maksimum qlükoza qəbul edəcək, narıncı meyvələlər yuxusuzluğu aradan qaldıracaq və yoqurt zülalın miqdarını artıracaq.

Əgər siz xeyirli səhər yeməyi hazırlamaq istəyirsiniz isə məsləhət görülməyən ərzaqlar barəsində məlumatlı olmalısınız.

İlk növbətə bura karbohidratlarla zəngin olan sıyıqlar aiddir. Orqanizmi artıq kalorilə doyduzdurmaqla yanaşı beyinə “rahatlaşmaq” siqnalı verəcək bu sıyıqlar. Razılaşın ki, səhər işə gedərkən bu istənilməyən bir haldır. Düzgün səhər yeməyi sendviçlərlə olmayacaq. Onların tərkibində çox protein və karbohidratlar var ki, orqanizmdə piylərin yığılmasına səbəb olur.

Səhər yeməyinin ayrılmaz atributu şirin çay. Çoxlu şəkər ilə qarışmış tünd çay qəti olmaz. Beləki, çaydan qlükoza tez bir şəkildə qana keçir və yuxusuzluq, yorğunluq yaradır. Tünd çay özü özlüyündə orqanizmə və dəriyə ziyandır.

Sağlam qida əsl kişi həyatının ayrılmaz hissəsidir. Əgər sizə küçədə yaraşıqlı, gümrah, sağlam və mükəmməl görünən kişi rast gəlir isə əmin ola bilərsiniz ki, bu kişi düzgün səhər yeməyi qəbul edir. Çox güman ki, həmin kişi idmana da vaxt ayırır. Lakin bu işin mahiyyətini dəyişmir, düzgün səhər yeməyi işə və trenajor zalına güc verir. Əgər siz enerjili, cəlbedici, gənc, gümrah olmaq istəyirisiniz isə düzgün səhər yeməyi sizə lazım olandır!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın