Home / BİZNES  / Həmkarınız ilə sevgi macərası: lazımdırmı?

Həmkarınız ilə sevgi macərası: lazımdırmı?

İşdə sevgi macərası? Ehtiyatlı olun - həmkarınız ilə seks biznesin çiçəklənməsinə və ya biznesin sonuna gətirə bilər. Həmkarınız ilə seks - bütün dövrlərin şübhəsidir. Hər şey ona görədir ki, bir çox kişilər seksə razı olan gözəl

İşdə seks
İşdə sevgi macərası? Ehtiyatlı olun – həmkarınız ilə seks biznesin çiçəklənməsinə və ya biznesin sonuna gətirə bilər.

Həmkarınız ilə seks – bütün dövrlərin şübhəsidir. Hər şey ona görədir ki, bir çox kişilər seksə razı olan gözəl iş yoldaşını əldən buraxmaq istəmirlər. Lakin əgər həmkarınız ilə birgə iş görürsünüz isə gözəli altınıza salmağa tələsməyin. Maksimum bir saatlıq həzz sizə baha başa gələ bilər.

Dedlayn

Layihəni təcili vermək lazımdır? İşini görməyən sevgilinizə irad bildirirsiniz? Cavabında “sevgilim narahat olma” kəlməsini eşitmək heç də istənilən deyildir.

Ona bəzi halları keçmək olar, lakin çox keçməz sizin karyeranıza ağır zərbə dəyə bilər və ya rəhbərin ağır sözlərini eşitməyə məcbur olarsınız. Sizə bu lazımdır?

Yalnız mən

Aranızda nə qədər sevgi macəraları, ehtiras olsa da iş işdir. Mütləq hansısa bir məqamda fikirləriniz ayrılacaq və bu zaman güclü tərəf qazanacaq. Bu zaman kişi iradə nümayiş etdirməli, əks halda qadının sözü ilə oturub durmağa hazır olun. İşini sevən qadınla münasibət qurursansa unutma ki, iş onun “uşağıdır”.

Əsəb

Hər bir iş özündə stres daşıyıcısıdır. İş həyatı zamanı qadın münasibtlərdən istifadə edib sizin üstünüzə acıqlanmaq fürsətini əldən verməyəcəkdir. Bu zaman kişilər adətən pərt olmamaq üçün sussalar da, daxilən əsəb keçirirlər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın