Home / İDMAN  / Kürəyinizi məşq elətdirin

Kürəyinizi məşq elətdirin

Enli və güclü kürək üçün ən effektiv məşqlər. Turnikdə güc məşqlərinin xeyiri. Əzələ qrupunun təsviri Kürək əzələ qruplarının ən vacibləri - trapestipli, enli, rombtipli əzələlərdir. Trapestipli əzələlər boyundan başlayır kürək qapaqlarına qədər uzanır. Bu əzələ qrupu əllərin

Kürək əzələləri
Enli və güclü kürək üçün ən effektiv məşqlər. Turnikdə güc məşqlərinin xeyiri.

Əzələ qrupunun təsviri

Kürək əzələ qruplarının ən vacibləri – trapestipli, enli, rombtipli əzələlərdir. Trapestipli əzələlər boyundan başlayır kürək qapaqlarına qədər uzanır. Bu əzələ qrupu əllərin hərəkətinə cavabdehdir. Enli əzələ qrupu bel sütünundan çiyin sümüklərinə kimi uzanır və gövdənin, çiyinlərin hərəkətinə cavabdehdir. Rombtipli əzələ qrupu isə trapestipli əzələ qrupunun altında yerləşir.

Kürək üçün ən yaxşı məşqlər

Kürək əzələlərinin inkişafı üçün vacib məşqlər: dartınma, yerdən dartınma (становая тяга), ştanqın qarına dartılması. Dartınma birbaşa kürək əzələlərinin artılması üçün vacibdir. Yerdən dartınma fassiyaları və uzun əzələləri məşq elətdirir, ştanqanın qarına dartılması isə rombtipli əzələlərin məşqini təmin edir.

Enli kürəyə necə nail olmaq olar?

Biz artıq qeyd etdik ki, enli kürək üçün mütləq dartınmaq lazımdır. Çətinləşmiş halda çəkilərlə oturmuş halda yuxarı blokda dartınma, asanlaşdırılmış halda “Qravitronda” dartınmadır.

“Qravitonda” məşq aşağı çəkilərlə məşq üçün sizə imkan verir. Bu trenajorda məşq əsasən yeni başlayanlar üçün məsləhətdir.

Təhlükəsizliyin əsasları

Kürək əzələlərinin məşqləri zamanı əsasən bel sütununa yük düşdüyünə görə cüzi bir səhv zədələrə gətirə bilər. Məşqləri texnikaya riayət edərək yerinə yetirin, qamətinizi düz saxlayın, bel sütununuzun əyilməməsinə diqqət yetirin. Düzgün çəki seçilməməsi qrijaya qədər gətirib çıxarda bilər. Məşqdən öncə mütləq isinmə hərəkətlərini yerinə yetirin.

Bel ağrıları zaman yardım

Bel zədələrini iki qrupa ayırmaq olar: həkim məsləhəti tələb edən və həkim məsləhəti tələb etməyən. Əgər güclü ağrıları hiss edirsiniz isə mütləq həkimə müraciət edin.

Əgər sadəcə əzələ dartınmasının olduğunu hiss edirsinizsə ketoprofen tərkibli məlhəmlərdən istifadə edin. İdman masajına gedin, olduqca xeyirlidir və əzələ artımına təkan verir.

Turnikdə məşqlərin özəllikləri

Turnikdə düzgün yerinə yetirilən dartınma kürək əzələlərinin inkişafı üçün əla məşqdir. Standart məşq 25 yanaşmanı qəbul edir. Bu zaman müxtəlif tutmalardan istifadə edilməli və təkrarlamalrın sayı artırılmalıdır. İlk öncə dartınmanı 1 yanaşma 5 təkrarlama ilə başlayın. Adi tutmalardan dar və ya enli tutmalara keçid eləyin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın