Napoleon kompleksi: əgər qadın sizdən hündürdürsə
Hündür olmaq - yaxşıdır. Sevgilinizdən hündür olmaq - artıq seksual uğurdur. Siz hələ heç bir şey etmədiyiniz halda sevgiliniz sizi hündür, qamətli, kişi və onu qorumağa hazır olan görür. Bəs dəstəboylar necə olsunlar? Əgər sevgilisi sizdən hündürdürsə
Hündür olmaq – yaxşıdır. Sevgilinizdən hündür olmaq – artıq seksual uğurdur.
Siz hələ heç bir şey etmədiyiniz halda sevgiliniz sizi hündür, qamətli, kişi və onu qorumağa hazır olan görür.
Bəs dəstəboylar necə olsunlar? Əgər sevgilisi sizdən hündürdürsə kişi nə etməli, təbiətə qarşı gedə bilmərsiz axı.
İlk növbədə kədərlənməyə ehtiyac yoxdur. Dəstəboy kişilər hündür kişilərdən bəlkə biraz daha çox əziyyət çəkməlidirlər ki, sevdikləri onlara “hə” desinlər.
1. Sizə xoş olduğu kimi geyinin
Gic-gic fikirləri başınızdan atın. Təlxəy kimi geyinib özünüzü gülünc vəziyyətə salmayın. Qadın geyminizlə “hündür” effektini almaq istədiyinizi hiss edəcək və mütləq onun gözündə “yazıq” kimi görünəcəksiniz.
2. Hündür qadınları sevirsiniz? Qimnastikanı sevməyə başlayın!
Sevgilinizin gözündə balaca yumru “qoğala” bənzəmək ölümə bərabərdir. Trenajora gedin, bədəninizi forma salın, artıq piy qatlarından azad olun. Hündür kişilər artıq çəkilərinin boyları ilə kompensasiya olunduqlarını düşünsələrdə, əla bədən quruluşuna malik olan dəstəboy kişilər daha cazibədar ola bilirlər.
3. Daim dəbli olun
Boyunuzun görkəminizə rəhbərlik etməyinə icazə verməyin. Daim dəblə geyinin, xarici və daxili obrazınızı cazibədar edin. İnanın ki, bunu etsəniz dəstəboyluğunuz heç bir qadının gözünə görünməyəcəkdir.
4. Özünə inamınızı heç zaman itirməyin
Bu əsas məqamdır. Ən azından Napoleonu nümunə götürün. O, dəstəboyluğuna rəğmən özünəinam vasitəsi ilə dünyanı titrətmişdir.