Home / SAĞLAMLIQ  / Vacib olan minerallar

Vacib olan minerallar

Biz həmişə vitaminlərin xeyirindən eşidirik və öyrənirik, bəs minerallar haqqında nə bilirsiniz? Onlar vacibdirmi? Onlarsız olarmı? Mineralları tanımağa çalışaq: 1. Kalsiy – bu diş, sümüklər və dəridə olan kollaqen üçün olduqca vacib mineraldır. Qanın laxtalanmasında, sinir

Minerallar
Biz həmişə vitaminlərin xeyirindən eşidirik və öyrənirik, bəs minerallar haqqında nə bilirsiniz? Onlar vacibdirmi? Onlarsız olarmı? Mineralları tanımağa çalışaq:

1. Kalsiy – bu diş, sümüklər və dəridə olan kollaqen üçün olduqca vacib mineraldır. Qanın laxtalanmasında, sinir impulslarının ötürülməsində və allergiyaya qarşı önəmlidir. Kalsiyin orqanizm tərəfindən həzm olunması üçün gün işığının sayəsində əldə olunan D vitamini lazımdır. Kalsiy çatışmamazlığı raxit xəstəliyinə gətirdiyi üçün gündəlik rasionda kalsiy ilə zəngin olan məhsulların qəbulu həyatı vacibdir. Kalsiyin mənbəyi kimi bütün süd məhsulları, qoz, balıq, yumurta, lobya və sair qeyd etmək olar.

2. Dəmir oksigeni bütün hüceyrələrə və orqanlara paylayan hemoqlabinin tərkibinə daxildir. Dəmirin yetərsiz qəbulu anemiyaya gətirib çıxardır. Dəmirlə zəngin olanlar: qara ciyər, qırmızı ət, buğdalılar, quru meyvələr, alma və sair.

3. Kaliy orqanizmdə osmotik təzyiqi normaya salır, həmçinin ürək ritmini və sinir impulslarını normallaşdırır. Onun çatışmamazlığı anemiyaya (qan azlığı), sudoroqalar, əzələ zəifliyi və mayənin orqanizmdə saxlanmasına gətirib çıxardır. Meyvə, tərəvəz, kartof, banan – kaliyin mənbəyidir, bu məhsulların qidada yetərli istifadəsi kaliyin defisitini aradan qaldırır.

4. Misin orqanizmdə əsas rolu – metabolik proseslərdə iştirak edir, hormon və fermentlərin tərkibinə daxildir. Onsuz maddələr mübadiləsi mümkün deyil. Mis dəniz məhsullarında, kələm, kök, qarğıdalı, almada vardır.

5. Marqan (Марганец) – hüceyrələrin nəfəs almasında, yaranmasında iştirak edir, cəfəri, üzüm, pomidor, şüyüd və çiyələkdə bol olur.

6. Maqniy hormonların yaranmasında və zülalların sintezində iştirak edir, immuniteti yaradır, əzələ kütləsində və enerji mübadiləsində yer alır. Maqniy qara ciyərdə, buğdada, mayada, yumurtada, yaşıl noxudda, süd məhsullarında bolluca vardır.

7. Natriy kaliy ilə bir yerdə orqanizmdə osmotik təzyiqi normallaşdırır, duzların orqanizmdə yığılmasına maneə olur, hüceyerlərin yenilənməsində iştirak edir. İnsanlar gündəlik natriy normasını gündəlik duz istifadəsi ilə təmin edir.

8. Kükürd fermentlərin, hormonların və əsasən də insulinin tərkibinə daxildir. İnsulinsiz isə orqanizmdə karbohidrat mübadiləsi mümkün deyildir. Kükürd çatışmamazlığı şəkər xəstəliyinə, oynaqların elastikliyinin itirilməsinə gətirib çıxardır. Kükürd ətdə, yumurtada, balıqda, süd məhsullarında, alma, üzüm, kələm, soğan kimi məhsullarda vardır.

9. Silisium (Кремний) birləşdirici toxumaların tərkibinə daxildir və onların möhkəmlik və elastikliyini təmin edir, kollaqen və elastinin sintezində iştirak edir. Silisium bitki yağlarında mövcuddur.

10. Sink bəzi ferment və hormonların tərkibinə daxildir, qan hüceyrələrinin yaranmasında iştirak edir və kükürd ilə birgə insulinin tərkibinə daxildir. Sink hüceyrələr bölgüsündə əsas rola malikdir, DNT sintezində, cinsi hormonların yaranmasında iştirak edir, həmçinin kükürd ilə birgə insulinin tərkibinə daxildir. Dəniz məhsulları, yaşıl tərəvəz, çiyələk, moruq, qoz, sarımsaq, tum sinkin əsas mənbələridir.

11. Selen əsasən qara ciyərdə, böyrəklərdə, ürəkdə, öd kisəsində, kişilərin xayalarında olur. Zülal, yağlar və karbohidrotların maddələr mübadiləsində iştirak edir. Selen immuniteti və sinir sistemini möhkəmləndirir, orqanizmi ağır metal ionlarından təmizləyir, xərçəngə və ürək-damar sistemi xəstəliklərinə qarşı dayanıqlığı artırır. Dəniz məhsullarında, kokosda, ətdə, buğdada, qara ciyərdə, sarımsaqda, almada vardır.

12. Xrom qanda şəkəri normallaşdırır və insulinə ehtiyacı azaldır. Xrom çatışmamazlığı sinir sisteminin pisləşməsi və dağılması ilə müşahidə olunur, inkişafın dayanmasına, spermanın zəifliyinə gətirib çıxardır. Göz və yaddaş zəifliyinə səbəb ola bilər. Dəri problemləri yaranır. Perlova, buğda, pomidor, kartof, xiyar, soğan, kələm, lobya və dəniz məhsullarında boldur.

13. Yod qalxanvarı vəzilərin tam fəaliyyəti üçün mütləqdir. Vəzi yodu orqanizm fəaliyyətinin normal işləməsi üçün istehsal etdiyi hormonlara sərf edir. Yod çatışmamazlığı intellekti zəiflədir, orqanizmin müdafiə gücünü azaldır. Yod dəniz məhsullarında və yodlaşdırılmış duzlarda vardır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın