Home / QİDA  / Toyuq Çığırtması

Toyuq Çığırtması

Çığırtma sözü Azərbaycan mətbəxinə yad deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və sairə. Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda çırpılmış yumurta

Toyuq Çığırtması
Çığırtma sözü Azərbaycan mətbəxinə yad deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və sairə. Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda çırpılmış yumurta tökülüb bişirilir. Toyuq Çığırtması belə yeməklərdən biridir. Çox ləzzətli olur.

Lazımdır: bitki yağı, 2 xörək qaşığı kərə yağı, 1 iri baş soğan, 1 kilo tikələrə bölünmüş toyuq əti, duz, istiot, 4 xırda doğranmış iri yetişmiş pomidor, 3 çalınmış yumurta, zövqə görə doğranmış keşniş.

Nə etməli: Toyuq tikiləri soğanla qızardılmalı, sonradan toyuğa duz və istiot vurulmalı və üstünə doğranmış pomidor əlavə olunmalıdır. Beləliklə, tavanın qapağını örtün və yeməyi arada qarışdıraraq orta odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana qədər bişirin. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir) bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək və ya plovla yeyin. NUŞ OLSUN!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın