Home / İDMAN  / Bel elastikliyi üçün məşqlər

Bel elastikliyi üçün məşqlər

Bel ağrılarından necə qurtulmaq olar? Məqaləni oxuyun və sizin elastikliyiniz bir gün sizin özünüzü də təəccübləndirəcək. Hər səhər belinizdə diskomfort hiss edirsiniz? Bu məsələni həll etməyə necə baxırsınız? Bel elastikliyi üçün müxtəlif məşqlər vardır. Daimi məşqlər

Bel elastikliyi
Bel ağrılarından necə qurtulmaq olar? Məqaləni oxuyun və sizin elastikliyiniz bir gün sizin özünüzü də təəccübləndirəcək.

Hər səhər belinizdə diskomfort hiss edirsiniz? Bu məsələni həll etməyə necə baxırsınız? Bel elastikliyi üçün müxtəlif məşqlər vardır. Daimi məşqlər sizin elastikliyinizi inkişaf etdirəcək və ağrılardan azad olacaqsınız.

Stretçinq (растяжка) təkcə qadınlara yox bodilbilderlərə də lazımdır. Bu zaman oynaqlar daha elastikləşir, plastikanız artır və bağlar daha da bərkiyir. Stretçinq əzələləri stimullaşdırır, onların artımına səbəb olur, qidalandırıcı maddələrin orqanizm boyu paylanmasını yaxşılaşdırır, zülalın sintezini sürətləndirir.

Bel elastikliyini necə inkişaf etdirmək olar?

Əgər məşqlərə məcbur ara verməli olmusunuz isə gündə müəyyən əzələ qruplarına 30 dəqiqəlik stretçinq əzələ kütləsinin azalmasının qabağını alacaq. Stretçinqə isinmə hərəkətləri ilə başlamaq və bütün hərəkətləri tələsmədən etmək lazımdır. Stretçinq məşqlərinin çətinliyi individual olaraq seçilir. Bu zaman bədənin nə qədər “buraxılmış” olduğu nəzərə alınır.

Aşağıdakı məşqlər bel ayaq elastikliyinizi artırmağa kömək olacaq. Məşqləri evdə edin lakin səhlənkar davranmayın. Unutmayın ki, ilk öncə isinmə hərəkətləri mütləqdir.

Bel və ayaq elastikliyinin inkişafı üçün məşqlər

İsinmək üçün 10 dəqiqəlik qaçış və oynaqların isinməsi yetərlidir. Məşq edəcəyin hər bir hissəni hərəkətə gətirməlisiniz. Unutmayın məşq zamanı ağrı olmalıdır lakin kəskin yox, əks halda məşqiniz həkimə ziyarətlə yekunlaşa bilər.

Birincisi – bu əyilmələrdir. Oturacaqda oturun və ayaqlarınız gen açın. Çənənizi sinənizə yaxınlaşdırmış vəziyyətdə beliniz oval şəkli alana qədər əyilin. Dizlərinizdən tutaraq çalışın başınızı maksimum yerə yaxınlaşdırasınız. Rahat nəfəs alın və bu vəziyyətdə 15 saniyə qalın. Bu məşqdə ən ideal olan illər sonra zamanı 1 dəqiqəyə çatdırmaqdır. Elastikliyi artırmaq üçün olduqca xeyirli bir məşqdir.

Sonra yan məşqlərə keçin. Yerdə oturun və bir ayağınızı qabağa uzadın. Digər ayağınız ilə uzanmış ayağın arxasında yerə basın. Çalışın çanağınız yerdən qalxmasın və bədəninizi elə çevirin ki, əks tərəfdə olan çiyniniz yuxarıda qalan dizinizə toxunsun. Bu vəziyyətdə 30 saniyə qaldıqdan sonra ayağınızı dəyişin.

Növbəti məşq kompleksini fasiləsiz etməlisiniz. Çətin olan bel məşqləri sizə sağlamlıq və elastiklik gətirəcək.

Yenidən yerə oturun və pəncələrinizi çanağınıza yapışdırın və eyni zamanda ayaq altlarınızı birləşdirin. Çətindir lakin sonrası asan olacaq. Belinizi ideal düz saxlayın ki, zədələnməyəsiniz. İndi dirsəkləriniz ilə dizlərinizə təzyiq edərək onların yerə dəyməsinə və yaxud maksimum yaxınlaşmasına çalışın. Bu vəziyyətdə 30 saniyə qalın. Sonra ayaqlarınızı uzadın və rahat genliydə açın. Belinizi düz saxlayaraq dirsəkləriniz yerə toxunanadək əyilin və bu vəziyyətdə 30 saniyə qalın. İstirahət edin və bu kompleks məşqi təkrarlayın.

Daimi məşqlərin yekununda (həftədə 3-4 dəfə) nəticəni 2-4 aya əldə edə biləcəksiniz. Yaxşı olar ki, masajdan da istifadə edəsiniz. Əgər yoldaşınız və ya sevdiyiniz bir qadın varsa ondan bunu etməyi xahiş edə bilərsiniz. Hər iki halda sizin üçün istisnadırsa ayda 1-2 dəfə masaj salonlarına getməkdə fayda var.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın