Home / SAĞLAMLIQ  / Sklerozla mübarizə aparın: TOP 5 üsul

Sklerozla mübarizə aparın: TOP 5 üsul

Əgər yaddaşınızda problemlər yaranırsa panikaya düşməyə ehtiyac yoxdur. İnsan yaşlaşdıqca əzələlə ilə birgə yaddaş da zəifləyir. Psixoloji proseslər araşdırmacısı və alimi Toni Byuzen yaddaş itkisi ilə mübarizə aparmağın yollarını açıqlayıb. Onları sizlərə təqdim edirik: Bənövşəyi açarlar Ev

Yaddaş
Əgər yaddaşınızda problemlər yaranırsa panikaya düşməyə ehtiyac yoxdur. İnsan yaşlaşdıqca əzələlə ilə birgə yaddaş da zəifləyir. Psixoloji proseslər araşdırmacısı və alimi Toni Byuzen yaddaş itkisi ilə mübarizə aparmağın yollarını açıqlayıb. Onları sizlərə təqdim edirik:

Bənövşəyi açarlar

Ev və ya maşın açarlarınıza baxarkən üzərində bənövşəyi xəttlər təsəvvür edin və ya üzərində bənövşəyi xəttlər çəkin, və ya yapışdırın. Bənövşəyi rəng beynin bir hissəsinin fəaliyyətinə təsir edən hippokampın işini stimullaşdırır. Hippokamp müvəqqəti yaddaşın uzunmüddətli yaddaşa keçidini təmin edir.

Yol işarələri

Sükan arxasında qarşınıza müxtəlif yol işarələri çıxır. Onlara baxarkən çalışın həyatınızdan məqamları yada salasınız. Bu zaman sizlər beynin sol məntiq yarımkürəsi ilə yaradıcı sağ yarımkürəsi ilə əlaqəsini gücləndirmiş olacaqsınız. Amma çalışın yol qəzasının səbəbkarı olmayasınız.

Təsəvvür ardıcılığı

Byuzen məsləhət görür ki, yaddaşı təsəvvür ardıcılığı ilə məşq elətdirəsiniz. Misal üçün, əgər sizə istidirsə özünüzə günəşi təsəvvür edin, onun isti şuaları altında evdəki istilik ölçənin partladığını və civənin yerə dağıldığını təsəvvür edin. Belə məşqlər baş beynin sağ qabığında elektrik impulsların keçməsini gücləndirir, yaddaşı məşq elətdirir.

Həndəsə

Özünüzə rənbərəng həndəsi fiqurları təsəvvür edin. İlk əvvəl 5 fiqur kifayətdir. Onların formasını, rəngini və ardıcılığını yadda saxlayın və bir müddət sonra yada salmağa çalışın. Alındıqca fiqurların sayını artırın. Bununla da yadaşınızın həcmini artırmış olacaqsınız.

Assosiasiya və mobil siferblat

Əgər yaddaşınız zəifləyibsə onda Byuzen məsləhət görür ki, faktları həyatınızdakı olmuş hadisələrlə assosiasiya edəsiniz. Rəqəm və tarixlərə gəldikcə mobil siferblatı özünüzə təsəvvür edin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın