Home / QİDA  / Ətli yaşıl lobya

Ətli yaşıl lobya

İstilər düşür, yay gəlir yaşıl lobya yeməyin vaxtıdır. Yaşıl lobyanın orqanizmə olan xeyirindən çox söz açmışıq. Bugün sizlərə yaşıl lobyanın ət ilə qarşımından yaranan ləzzətdən söz açacayıq və hazırlanma qaydası ilə tanış edəcəyik. Beləliklə, ət

Yaşıl lobya

İstilər düşür, yay gəlir yaşıl lobya yeməyin vaxtıdır. Yaşıl lobyanın orqanizmə olan xeyirindən çox söz açmışıq. Bugün sizlərə yaşıl lobyanın ət ilə qarşımından yaranan ləzzətdən söz açacayıq və hazırlanma qaydası ilə tanış edəcəyik. Beləliklə, ət ilə yaşıl lobya yeməyinin resepti:

Lazımdır: 1 kq yaşıl lobya, 250 qr kub şəklində doğranmış ət,zeytun yağı, 2 baş quru soğan, 2 pomidor, duz, istiot.

Hazırlanması: Doğranmış soğanı və əti yağda qovurun. Qabığı soyulmuş pomidoru əlavə edin və qarışdırın. 2-3 stəkan su əlavə edib ətlər yumşalana qədər bişirin. Bu arada lobyaları təmizləyin və doğrayın, lobya təmizlənərkən başlar kəsilməlidir. Ət yumşaldıqdan sonra yuyulmuş və təmizlənmiş lobyaları üzərinə əlavə edin və qapağını örtüb 5-10 dəqiqə bişirin. Sonra üzərini keçməyəcək qədər su əlavə edib lobyalar yumşalana qədər bişirin. Duz və istiotu əlavə edin. Lobyaların bişdiyini görəndə yeməyiniz hazırdır. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın