Home / GÖRKƏM  / Saç rənginə görə cazibədarlıq

Saç rənginə görə cazibədarlıq

Dünyada kişilər daha çox sarışın qızları sevirlər. Bəs qadınlar hansı kişilərdən xoşlanırlar? Bu suala cavab axtarmağa çalışacayıq. Qara saçlar. Planetin əksər qadınları qara saçlı kişilərə üstünlük verdiklərini söyləmişlər. Beləki, qara saçlı kişilər sayca daha çoxdur və bu

Sarışın
Dünyada kişilər daha çox sarışın qızları sevirlər. Bəs qadınlar hansı kişilərdən xoşlanırlar? Bu suala cavab axtarmağa çalışacayıq.

Qara saçlar.
Planetin əksər qadınları qara saçlı kişilərə üstünlük verdiklərini söyləmişlər. Beləki, qara saçlı kişilər sayca daha çoxdur və bu o deməkdir ki, onlar daha çox törədəndirlər, intim münasibətlərdə daha yaxşıdırlar. Dünyanın ən seksual sayılan kişiləri italyanlar və ispanlar da məhz qara saçlı yaraşıqlılardır.

Sarışınlar.
Təbii sarışınlar həmişə az olublar. Beləki, sarışın geni resesivdir. Bununlada artıq sarışınlar individuallığa malikdirlər. Hündür və yaraşıqlı sarışınlar norveçlilər və isveçlilərdir. Onlar yaraşıqlı və həssas olurlar. Həmçinin sarışınlıq qanda estroqenin çox olmasına işarədir ki, bu da cinsi məhsuldarlığa işarədir.

Şabalıdı saçlar.
Genetik olaraq şabalıdı saçlı kişilər sərt qara və həssas sarı rənglərin harmoniyasından ibarətdirlər. Şabalıdı saçlar sarı və qara rəng kimi gözəçarpan olmadığından, bu saç rənginə malik olan kişilər özlərinə diqqəti şəxsi keyfiyyətləri ilə cəlb etməyə çalışırlar. Qadınlar şabalıdı saçlara malik kişiləri səbirli və alicənab hesab edirlər.

Dazbaş.
Cazibədarlığa görə dördüncü yerdə dazbaş kişilər yer almışdırlar. Belə bir fikir var ki, dazbaş kişilər daha işguzar, temperamentli olurlar. Bu fikir yalnız o zaman doğrudur ki, saç dökülməsi ərkən yaşlarda kişi hormonlarının çox olması ilə əlaqədardır. Bəzi qadınlar belə kişiləri həssas, bəziləri cürətli, bəziləri isə ekstravaqant hesad edirlər.

Kürən saçlar.
Bu saç rənginin sahiblərinin cazibədarlıq barəsində ən az bəxti gətirib. Şekspirin dövründən müasir həyata qədər kürən saçlı kişiləri yalançı, antipatik hesab edirlər. Lakin yenə də bu cür hallar subyektivdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın