Home / XƏBƏRLƏR  / Shazam Sony Music-dən 3 milyon ABŞ dolları aldı

Shazam Sony Music-dən 3 milyon ABŞ dolları aldı

Musiqi əsərlərinin tanınmasına xidmət edən mobil xidmət Shazam Sony Music Entertainment səsyazma şirkəti tərəfindən 3 milyon ABŞ dolları həcmində investisiya cəlb edib. Shazam smartfon mikrofonu vasitəsi ilə dinlədiyiniz lakin adını bilmədiyiniz musiqi barəsində məlumat əldə etməyinizə

Shazam və Sony music
Musiqi əsərlərinin tanınmasına xidmət edən mobil xidmət Shazam Sony Music Entertainment səsyazma şirkəti tərəfindən 3 milyon ABŞ dolları həcmində investisiya cəlb edib.

Shazam smartfon mikrofonu vasitəsi ilə dinlədiyiniz lakin adını bilmədiyiniz musiqi barəsində məlumat əldə etməyinizə kömək edir. Shazam mobil tətbiqindən ayda 90 milyon insan istifadə edir. Şirkət artıq səhmlərini birjaya buraxmağa hazırlaşır.

Daha öncə 3 milyon ABŞ dolları həcmində Shazam-a leybl Universal Music Group və Access Industries şirkəti (Warner Music Group) tərəfindən investisiya qoyulmuşdur. Ötən ilin iyul ayında milyarder Karlos Slim Shazam-a 40 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

Hesab olunur ki, məhz səhmlərin birjaya çıxarılması investorları Shazam-a cəlb edib. Apple Shazam ilə əlaqələr yaratmağa hazırlaşır. Shazam-ı yeni iOS 8 mobil platformasında tətbiq eləmək niyyətindədir. Bu eyni zamanda investorları daha da cəlb edəcəkdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın