Home / SAĞLAMLIQ  / Tez yatıb tez qalxmaq niyə vacibdir?

Tez yatıb tez qalxmaq niyə vacibdir?

İnsan orqanizmində hər saniyə Günəşin hərəkət fazasına uyğun olaraq proseslər gedir. Bütün bu sistem tam dəqiqliyi ilə işləyir və Günəşin hərəkətinə nəzarəti insan oğlu edə bilmədiyi üçün insan üçün gündəlik rejim təbii təyin edilmişdir. Gecə yarısı

Yuxu və Sağlamlıq
İnsan orqanizmində hər saniyə Günəşin hərəkət fazasına uyğun olaraq proseslər gedir. Bütün bu sistem tam dəqiqliyi ilə işləyir və Günəşin hərəkətinə nəzarəti insan oğlu edə bilmədiyi üçün insan üçün gündəlik rejim təbii təyin edilmişdir.

Gecə yarısı Günəş ən aşağı səviyyədə durduğu üçün insan maksimal istirahət vəziyyətində olmalıdır. Yuxu üçün ən ideal saat 21:00-03:00 kimi qeyd olunur, lakin 22:00-04:00, 20:00-02:00 saatlarında da yatmaq olar.

Tez yuxuya getməyin gücü nədədir?

Dərrakə və ağıl axşam sat 09:00-23:00 arası daha aktiv istirahət edir. Nəticədə əgər siz ən azı saat 22:00-da yuxuya getmirsiniz isə sizin dərrakə və ağlınız əziyyət çəkəcəkdir.

Saat 23:oo-dan sonra yatan insanlarda zamanla dərrakə fəaliyyəti zəifləyir.  Bu proseslər dərhal baş tutmadığından insan yuxu və zehni zəifliyi arasında paralel apara bilmir.

Ola bilsin ki, siz artıq özünüzdə ağıl və dərrakə yorğunluğu hiss edirsiniz, diqqətinizi cəmləyə bilmirsiniz, seks istəyiniz azalıb, iştahınız itib.

Əgər insan 23:00-01:00 arası yatmırsa insan orqanizmində sirkulyasiya edən yaşam gücü zəifləyəcək. Nəticədə sinir və əzələ sistemində nasazlıqlar ortaya çıxacaq. Zəiflik, pessimizm, yorğunluq, iştah itkisi, ağırlıq, psixiki və fiziki zəiflik bu halın əlamətləridir.

Əgər insan 01:00-03:00 arası yatmırsa onun emosional gücü əziyyət çəkir. Nəticədə əsəbilik, aqressivlik və antaqonizm aktivləşir.

Əgər insanın iş rejimi gərgin keçirsə o, 7-8 saat yataraq səhər saat 04:00-06:00-da durmalıdır. Hər bir halda saat 22:00 dan sonra yatmaq psixoloji və fiziki aktivlik üçün ziyandır.

Bu tip qrafika əməl etməyənləri nə gözləyir?

Əgər insan gündəlik rejimi iqnor etməyə davam edirsə, zamanla onda depressiya gözə çarpmadan inkişaf edir. 1-3 ilə depressiya yığılır və biz dünyanı ağ-qara rənglərdə görürük. Bunun səbəbi beynin istirahət etməməsi və psixoloji funksiyaların tükənməsidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın