Home / QİDA  / Krevetka: xeyiri, ziyanı, resept

Krevetka: xeyiri, ziyanı, resept

Dəniz məhsullarının xeyiri praktikada öyrənilmiş və sübut edilmişdir. Dəniz məhsulları orqanizmi yod və digər xeyirli mikroelementlərlə zəngilləşdirməklə yanaşı olduqca dadlı da olurlar. Krevetka isə hamımıza yaxşı tanış olub və bugün onun orqanizmə olan xeyirindən və

krevetka
Dəniz məhsullarının xeyiri praktikada öyrənilmiş və sübut edilmişdir. Dəniz məhsulları orqanizmi yod və digər xeyirli mikroelementlərlə zəngilləşdirməklə yanaşı olduqca dadlı da olurlar. Krevetka isə hamımıza yaxşı tanış olub və bugün onun orqanizmə olan xeyirindən və dadlı krevetkalı spaqetti reseptindən söz açacayıq.

Krevetkanın xeyirli xassələri

Krevetka yalnız pivə ilə “getmir” o, həmçinin ideal pəhriz məhsuludur. Suda bişirilmiş və ya qızardılmış krevetkaları salata əlavə edirlər, şorbalar hazırlayırlar. Krevetkanın xeyiri nədədir?

Bütün xeyir onun tərkibində olan bol zülaldadır. Zülal əzələ artımında böyük rol oynadığı kimi, kollaqenin formalaşmasında da böyük rol oynayır ki, bu da dərinin cavan qalması üçün vacibdir. Krevetka zülaldan başqa növbəti vitamin kompleksini özündə daşıyır: görmə üçün xeyirli vitamin A, sümük, saç və dırnaqlar üçün vacib olan demək olar ki, bütün B vitaminlər, qan-damar sisteminin müdafəsində əsas olan D və E vitaminləri, immuniteti artıran C vitamini.

Vitaminlərlə yanaşı krevetka minerallar kompleksi ilə də zəngindir: Omeqa-3, maqniy, kaliy, dəmir, fosfor, ftor, mis, sink, selen, xrom və əlbəttə ki, yod. Yod qalxanvarı vəzinin fəaliyyətini stimullaşdırır. 100 qram krevetkada olan yod sizin gündəlik normanızı təmin edir və bu qırmızı ətdə olan yoddan 100 dəfə çoxdur. Üstəlik krevetkanın kalorisi az olduğundan pəhrizdə istifadəsi məsləhət görülür. Beləki, 100 qram krevetkada maksimum 90 kkal vardır.

Krevetkanın ola biləcək mənfi təsiri.

Hər şeyin çoxu pis olduğu kimi, səhərdən-axşama kimi krevetka da yemək ziyandır. Norma çərçivəsində orqanizminizə ancaq xeyir gətirə biləcək bu məhsul, artıq istifadəsi zamanı orqanizmdə zülal, ağır metallar və aminoturşu çoxluğuna səbəb ola bilir.

Bəzi dietoloqlar krevetkaların radioaktiv maddələri özlərinə cəlb etmək xüsusiyyətindən çəkinərək mümükün olduğu qədər krevetka alarkn onun hardan, hansı şəraitdə tutulduğunu öyrənməyinizi məsləhət bilirlər.

Məqaləni oxudunuz krevetka könlünüzdən keçdi? Sizlərə krevetkalı spagetti resepti təqdim edirik. Şəxsi təcrübəmdən deyə bilərəm ki, krevetka ilə spagetti bir yerdə əla dadır.

Lazımdır: spagetti, zeytun yağı, sarımsaq, cəfəri, limon suyu, limon, duz istiot.

Hazırlanması: Qazanda su qaynadılır, sonrada suya duz və zeytun yağı qataraq spagettiler bişirilir. Bişəndən sonra spagettiler süzülür. Ayrı bir geniş bir tavada təmizlənmiş krevetkalar duz, istiot və əzilmiş sarımsaqla qızardırılır və sonrada üzərinə doğranmış cəfəri və limon suyu əlavə olunur. Hazır olan krevetkaların üstünə spagetti qatılır.

Limon suyunun əvəzinə 200 qram xama da istifadə edə bilərsiniz. Bu zaman da olduqca dadlı bir şam yeməyi alınır. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın