Home / XƏBƏRLƏR  / “National Geographic” jurnalı Azərbaycan dilində nəşr ediləcək

“National Geographic” jurnalı Azərbaycan dilində nəşr ediləcək

Garant Holding-in tərkibinə daxil olan və bir neçə uğurlu media layihələri idarə edən Garant Media Holding növbəti zirvəni fəth edib. Martın 3-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində dünyanın ən tanınan jurnallarından biri sayılan “National Geographic” jurnalının azərbaycan

National Geographic
Garant Holding-in tərkibinə daxil olan və bir neçə uğurlu media layihələri idarə edən Garant Media Holding növbəti zirvəni fəth edib.

Martın 3-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində dünyanın ən tanınan jurnallarından biri sayılan “National Geographic” jurnalının azərbaycan dilində nəşr olunması barədə müqavilə imzalanıb.

İmzaatma mərasimində Garant Holding-in Müşahidə Şurasının sədri Anar Məmmədov, Garant Media Holding-in nümayəndələri və “National Geographic” jurnalının prezidenti Terence Adamson iştirak ediblər.

Beləliklə, Azərbaycan oxucuları Milli Coğrafiya Cəmiyyətinin nəşr etdiyi (“National Geographic Society”) jurnalı ilk dəfə öz ana dillərində oxuyacaqlar.

Jurnal ayda bir dəfə nəşr edilir. Jurnalın oxucu auditoriyası dünyada 60 milyon nəfəri əhatə edir.

Milli Coğrafiya Cəmiyyəti bu jurnalın artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində dərc edilməsi ilə qürur duyur. Jurnalın ilk xarici dildə nəşri 1995-ci ildə Yaponiyada olub.

Bu əfsanəvi jurnal fotojurnalistikanın pioneri olub, elə indi də əksər jurnalistlər üçün keyfiyyət standartı olaraq qalır.

Jurnal 1888-ci ildən ingilis dilində dərc edilir, onun səhifələrində mədəni hadisələr, elmi və texniki nailiyyətlər öz əksini tapır, dünyanın ən yaxşı fotoqrafları jurnal ilə əməkdaşlıq edir.

İngilis dilindən başqa, jurnal artıq 38 dildə çap edilir, oxucu auditoriyası 60 milyon oxucunu əhatə edir.

Milli Coğrafiya Cəmiyyəti dünyada ən iri elmi və maarifləndirici qeyri-kommersiya təşkilatıdır.

Cəmiyyətin işinin məqsədi insanları planetin qayğısına qalmağa, ətraf mühiti qorumağa, dünyanın gözəlliyini qiymətləndirməyə sövq etməkdir. “National Geographic” öz oxucularını jurnalların, televiziya proqramlarının, kitabların, xəritələrin, sərgilərin və müxtəlif tədbirlərin köməyi ilə dünya ilə tanış edir. Təsis edildiyi 1888-ci ildən cəmiyyət 10 000-dən artıq təbiəti mühafizə və geoloji-tədqiqat, elmi-tədqiqat layihələrini maliyyələşdirib, coğrafi biliklərin yayılmasına yardım edərək təhsil sahəsində proqramları dəstəkləyib.

“National Geographic” jurnalından başqa, “National Geographic Traveler”, “National Geographic Kids”, “National Geographic Little Kids” jurnalları da dərc edilir.(oxu.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın