Home / SAĞLAMLIQ  / Testosteron azlığının əlamətləri

Testosteron azlığının əlamətləri

Məlumdur ki, testosteron hormonu yaşlaşdıqca azalır. Lakin bu hormonun orqanizmdə kəskin azalması kişi sağlamlığına ciddi ziyan vura bilər. Testosteron kişini kişi edən hormondur və onun səviyyəsini yüksək tutmaqla əzələ və sümük sistemini sazlaşır, səsi dərinləşir,

Testosteron səviyyəsi
Məlumdur ki, testosteron hormonu yaşlaşdıqca azalır. Lakin bu hormonun orqanizmdə kəskin azalması kişi sağlamlığına ciddi ziyan vura bilər. Testosteron kişini kişi edən hormondur və onun səviyyəsini yüksək tutmaqla əzələ və sümük sistemini sazlaşır, səsi dərinləşir, cinsi istəy artır. Bu səbəbdən testosteronun azlığı əlamətlərini bilməlisiniz ki, dərhal həkimə müraciət edəsiniz.

Nə vaxt və nə qədər tez bir zamanda testosteron hormonu fizioloji olaraq azalır?

Testosteronun fizioloji azalması kişilərdə təqribən 40 yaşdan sonra baş verir. Azalma olduqca ləng gedir, ilə 1-2%. Orta yaşlı kişilər testosteronun azalmasını hiss etsələr də, bəzi kişilərdə yaşa baxmayaraq, testosteron səviyyəsini dəyişməyərək qalır.

Testosteron səviyyəsinin aşağı olmasını müalicə etmək lazımdırmı?

Uroloqlar hesab edirlər ki, əgər testosteronun azalması hiss olunmursa onu heç yoxlamaq belə lazım deyildir. Əlamətlər olmaya olmaya müalicənin bu hormonun səviyyəsinə təsiri barəsində heç bir sübut yoxdur. Yox əgər gözəçarpan əlamətlər vardırsa həkimə müraciət etmək lazımdır.

Testosteron səviyyəsinin aşağı olması nə deməkdir?

Testosteronun səviyyəsinin aşağı olması – bir desilitr qana hormonun 300 nanoqramdan az olmasıdır.

Testosteronun səviyyəsinin aşağı olmasının əlamətləri:

• zəif cinsi istək;

• erektial disfunksiya;

• əhval-ruhiyənin tez-tez dəyişməsi;

• yorğunluq;

• yuxu pozuntuları.

Lakin elə kişilər var ki, onlarda testosteron azlığı hiss olunmasa da, kişilər özləri cinsi istəyin azaldığını söyləyirlər.

Testosteron azlığı sağlamlığa necə təsir edir?

Testosteron azlığı adətən piylənmə, şəkər, depressiya və ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Lakin müasir tibb hələ də dəqiq bu çatışmamazlığın orqanizmə təsirini müəyyən etməmişdir.

Həmçinin qeyd olunur ki, yuxarıda qeyd etdiyimiz xəstəliklər də testosteron səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.

Testosteronun sümük sistemi üçün vacib olduğu məlumdur və bu hormonun çatışmamazlığı osteoporoz xəstəliyinə səbəb ola bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın