Home / SAĞLAMLIQ  / Qıcqırmanın səbəbləri və müalicəsi

Qıcqırmanın səbəbləri və müalicəsi

Bu halla demək olar ki,hər birimiz tanışıq. Bəzən qida qəbulundan sonra mədəniz və yuxarı hissələrdə yanğın hiss olunur ki, buna da qıcqırma deyilir. Qıcqırma mədə şirəsinin qıda borusuna düşəndə baş verir, bu zaman mədə şirəsi

Qıcqırma
Bu halla demək olar ki,hər birimiz tanışıq. Bəzən qida qəbulundan sonra mədəniz və yuxarı hissələrdə yanğın hiss olunur ki, buna da qıcqırma deyilir. Qıcqırma mədə şirəsinin qıda borusuna düşəndə baş verir, bu zaman mədə şirəsi borunun divarlarına sıçrayır və yanğın effekti yaranır.

Sağlam insan bu halla az rastlaşır. Əsasən çox yedikdə, yağlı yedikdə, acı yedikdə. Belə hallarda qıcqırmaya fikir vermirlər, ona sadəcə 15-20 dəqiqəyə keçən sadə bir orqanizm şıltaqlığı kimi baxırlar. Lakin mədə xəstəliyi olan insanlarda qıcqırmalar hər yemək qəbulundan sonra baş verə bilər. Bu məqalədə qıcqırmanın səbəbləri və müalicəsi haqqında öyrənməyə çalışacayıq.

Qıcqırma niyə əmələ gəlir

Fizioloji səbəblərlə yanaşı (mədə şirəsinin qida borusuna düşməsi) bu patoloji prosesə səbəb olanları da qeyd etmək lazımdır.

Bilmək vacibdir ki, qidanın və mədə şirəsinin geriyə qida borusuna düşməməsinə aşağı qida borusu əzələsi sfinkter cavabdehdir. Lakin sfinkterin sonadək bağlanmaması və ya vaxtında açılmaması qidanın və mədə şirəsinin qida borusuna düşməsinə gətirib çıxardır ki, bu da qıcqırma verir.

Sfinkteri zəiflədən məhsullar: sarımsaq, tomat, soğan, şokolad, sitruslar, spirtli içkilər, kofe və nanəli çay.

Qıcqırmadan əsasən kök insanlar, əsəbi isanlar əziyyət çəkirlər. Xroniki qıcqırması olan insanlarda qastrit, mədə xorası, diafraqmal qrıja, xolestit, qida borusunun onkologiyasından əziyyət çəkənlərdə müşahidə olunur.

Qıcqırmanın müalicəsi

Qıcqırma zamanı əsas müalicə pəhrizdir. Rasionunuzdan acı, duzlu və turş qidaları çıxartmalı, bunlar turşuluğu artırır, yağlı və qızartma məhsulları, şokolad, kofe və sitrus meyvələrini çıxartmalısınız. Bundan başqa çox yemək olmaz, gündə 5 dəfə az-az yemək daha məsləhətdir, üstəlik sonuncu qida qəbulu yuxudan 2 saat əvvəl olmalıdır. Siqaret və spirtli içkiləri həmçinin unutmaq lazımdır. Qıcqırmanın səbəbi olmamaq üçün qida qəbulundan dərhal sonra uzanmaq, ağır qaldırmaq, yığışıb oturmaq olmaz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın