Home / QİDA  / Küftəli düyü şorbası

Küftəli düyü şorbası

Havalar qızsa da hərdən sulu xörəklərə də qida rasionunuzda yer verməlisiniz. Əks halda mədə və qida borusu ağrılarından əziyyət çəkə bilərsiniz. Bugün sizlərlə küftəli düyü şorbasının asan hazırlanma qaydası ilə bölüşəcəyik. Lazımdır: farş, soğan 1 ədəd, yumurta

Düyü şorbası
Havalar qızsa da hərdən sulu xörəklərə də qida rasionunuzda yer verməlisiniz. Əks halda mədə və qida borusu ağrılarından əziyyət çəkə bilərsiniz. Bugün sizlərlə küftəli düyü şorbasının asan hazırlanma qaydası ilə bölüşəcəyik.

Lazımdır: farş, soğan 1 ədəd, yumurta 1 ədəd, kartof 1 ədəd, kök 1 ədəd, bibər 1 ədəd, pomidor 1 ədəd, sarımsaq 3 diş, duz, zirə, istiot, düyü, dəfnə yarpağı, zeytun yağı.

Hazırlanması: Kartof, kök və bibər yuyulur xırda kubik şəklində doğranılır. Pomidor yuyulub halqa şəklində doğranılır, sarımsaq isə əzilir. Soğan ət çəkən maşından çəkilir.

Farş bir kəsada çəkilmiş soğan, duz, istiot, zirə və yumurtanın ağı qatılmaqla yaxşıca yovrulur. Qazanın içində ilk olaraq yağ-soğan düzəldib küftələr az biraz qızardılır. Sonra üstünə pomidor əlavə olunur. 1-2 dəqiqədən sonra əzilmiş sarımsaq, doğranılmış kartof, kök, bibər əlavə olunur. Qazanın içinə su əlavə olunur və bişirilir. Şorbanın içinə dəfnə yarpağı atılır. Tərəvəzlər yarıbişmiş zaman yuyulmuş düyü əlavə olunur və düyü bişənə qədər şorba qaynadılır. Nuş olsun!!!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın