Home / XƏBƏRLƏR  / Roland Garros 2014 çempionları bəlli olub

Roland Garros 2014 çempionları bəlli olub

Fransanın paytaxtı Parisdə keçirilən ilin dörd Böyük Dəbilqəsindən ikincisi olan Roland Garros turnirinin qalibləri bəlli olub. Mariya Şarapova (RUS) ikinci dəfə, Rafael Nadal (İSP) isə doqquzuncu dəfə kuboku başı üzərinə qaldırıb. İlk olaraq şənbə günü Mariya Şarapova

Roland Garros 2014
Fransanın paytaxtı Parisdə keçirilən ilin dörd Böyük Dəbilqəsindən ikincisi olan Roland Garros turnirinin qalibləri bəlli olub.

Mariya Şarapova (RUS) ikinci dəfə, Rafael Nadal (İSP) isə doqquzuncu dəfə kuboku başı üzərinə qaldırıb.

İlk olaraq şənbə günü Mariya Şarapova qalib gələ bilib. Rusiyalı gözəl final mərhələsində rumıniyalı Simona Halep üzərində qələbə qazanıb. Şarapova gərgin keçən görüşdə 6-4 6-7 (5/7) 6-4 hesabı ilə qalib gəlib.

Bazar günü artıq kişi tennisçilər Philippe Chatrier kortuna dəvət olunmuşdurlar. Rafael Nadal (İSP) və Novak Cokoviç (SRB) titul uğrunda mübarizəyə qoşulmuşdurlar. Uzun və gərgin görüşün nəticəsində Rafael Nadal 3-6 7-5 6-2 6-4 hesabı ilə həmkarını üstələyə bilmişdir. Qeyd etmək lazımdır ki, 10 il ardıcıl çıxış etdiyi bu turnirdə Nadal sadəcə bir nəfərə, Robin Soderlinqə (İSV) 2009-cu ildə məğlub olub və bu kortlarda qalibiyyət göstəricisi 66-1 kimi nisbətə bərabərdir.

Cütlüklərin yarışına gəldikdə isə qadınların yarışında Çin Taypetiyası təmsilçisi Su-Uei Hsieh ilə Çin Xalq Respublikası təmsilçisi Şuay Penq titula sahibləniblər. Kişilərin yarışında isə 1984-cü ildən sonra ilk dəfə Fransa cütlüyü titula sahib çıxıb. Julyen Benneto və Eduard-Rocer Vasselin titulun sahibi olublar. Qarışıq cütlüklərdə isə Cin-Culyen Rocer (HOL) və Anna-Lena Qroenefeld (ALM) qalib gəliblər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın