Home / GÖRKƏM  / Kişilər cinsi belə geyinməyi məsləhət bilirlər

Kişilər cinsi belə geyinməyi məsləhət bilirlər

Cins nə qədər yaxşı olsa da, onu dəbli etmək sizin əlinizdədir. Lazım olan aşağıdakılara riayət etməkdir. Vintaj Denim Therapy paltar təmiri üzrə ixtisaslaşan şirkətin banisi Frensis Rabınoviç vintaj cinslərini dəbli hesab edir. Lakin o deyir ki, cinslər

Kişi cinsləri
Cins nə qədər yaxşı olsa da, onu dəbli etmək sizin əlinizdədir. Lazım olan aşağıdakılara riayət etməkdir.

Vintaj

Denim Therapy paltar təmiri üzrə ixtisaslaşan şirkətin banisi Frensis Rabınoviç vintaj cinslərini dəbli hesab edir. Lakin o deyir ki, cinslər qeyri-ənənəvi yerlərdə cırılıbsa bunu tikiş ilə örtmək olmaz, təzə cins almaq daha məsləhətdir. Cinsi ənənəvi üsulla qurutsanız, vaxtından əvvəl cırılmalardan sığortalanacaqsız.

Köynəyin uzunluğu

Qısa köynəkdə güllələnmiş kimi görsənəcəksiniz. Uzun köynəkdə cinsin sizin üzərinizdə necə yaxşı qaldığını gizlətmiş olacaqsınız. Macy’s direktoru və stilisti Düran Quiyon deyir ki, üstdən atılan köynək cinsinizin arxa ciblərinin görsənməsinə maneə törədir. Çıxış yolu bir dənədir, köynəyi içəri salmaq lazımdır.

Ağ cins

Əgər siz arıqsınız isə Quiyon sizə ağ cins geyinməyinizi məsləhət bilir. Beləki, ağ rəng sizin arıq ayaqlarınızı canlı göstərəcək. Lakin ağ cins üzərinə gözə çarpan rənglərdən köynəklər geyinməyin. Ən yaxşısı daha sadə rəngli köynəklərdən istifadə etməyinizdir.

Ağ cins tez çirklənir. Bu zaman qum rəngli cins əldə edin. Çirk o qədər də gözə çarpan olmayacaqdır.

Yaxşı cins – əyinə oturulmuş cinsdir

Dizayner və ТМ Levi’s marketoloqu olan Qreq Sato deyir ki, hər bir kəsin cinsi dərzinin əlindən keçməlidir, nə olur olsun cins sizin ölçülərinizə və boyunuza uyğunlaşdırılmalıdır.

Məsləhət: dərziyə verməmişdən öncə cinsi yuyun, pambıqdan olduqları üçün az dartınacaqlar.

Manjet

Ətəyinin uzunömürlü olmasını istəyirsiniz isə səliqəli gəzin, ayaqlarınızı sürütləməyin, bir-birinə sürtməyin. Bir digər üsül isə manjet tikməyinizdir. Lakin manjet tikərkən ehtiyatlı olun çox qısa alınmasın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın