Home / SAĞLAMLIQ  / Sifilis

Sifilis

Sifilis - solğun spiroxetlərin yaratdığı xroniki infeksion xəstəlikdir. Solğun spiroxetlər xəstəliyi yalnız insanlarda törədirlər. Əsasən xəstəlik cinsi yolla keçir (vaqinal, anal, oral seks). Həmçinin bu xəstəlik ana bətnindəki uşağa keçə bilir. Sifilis- klassik zöhrəvi xəstəliklər

sifilis
Sifilis – solğun spiroxetlərin yaratdığı xroniki infeksion xəstəlikdir. Solğun spiroxetlər xəstəliyi yalnız insanlarda törədirlər. Əsasən xəstəlik cinsi yolla keçir (vaqinal, anal, oral seks). Həmçinin bu xəstəlik ana bətnindəki uşağa keçə bilir.

Sifilis- klassik zöhrəvi xəstəliklər qrupuna aid olub, çox asanlıqla sağlam cinsi tərəfdaşa keçərək xəstəliyin ilk mərhələlərində cinsi orqanlarda xoraların meydana gəlməsilə xarakterizə olunur. Sifilisin səbəbi “treponema pallidum ” adlı yüksək kontaginoz bakteriyalardır. 50% hallarda yoluxmuş şəxs ilk cinsi əlaqədə belə tam sağlam cinsi tərəfdaşı yoluxdura bilər.

Adlandırma tarixi 1530 cu ildə C.Frakastronun “Syphilis sive de morbo Gallico” (sifilis və ya fransız xəstəliyi) əsərindəki Sifilis obrazının adı ilə bağlıdır.

Venerologiyada xəstəlik iki cür klassifikasiya olunur.

Klassik klassifikasiya :

-İlkin sifilis;
-İkinci sifilis;
-Üçüncü sifilis;
-Anadangəlmə sifilis.

Geniş klinik-laborator klassifikasiya:

-İlkin seroneqativ sifilis;
-İkinci seropozitiv sifilis4
-İkinci təzə sifilis;
-İkinci residivləşən sifilis;
-Üçüncü aktiv sifilis;
-Üçüncü gizli sifilis;
-Dölün sifilisi;
-Erkən anadangəlmə sifilis;
-Gecikmiş anadangəlmə sifilis;
-Gizli anadangəlmə sifilis;
-Visseral sifilis;
-Sinir sisteminin sifilisi.

Xəstəliyin əsas ötürülmə yolu cinsi hesab olunur, lakin qan (donor qan, iynə və s.) və çox nadir hallarda məişət yolu ilə də yoluxmalar baş verir. Bu hal yalnız üçüncü sifilisdə baş verir, o halda ki, xəstədə açıq sifilitik xoralar və dağılan sifilitik qummalar olsun.

Sifilisin patogenezi solğun treponemanın orqanizmdə “məskunlaşmasına” qarşı orqanizmin verdiyi reaksiyaya əsasən davam edir.

Yoluxmadan sonra xəstəliyi klassik sistemlə klassifikasiyalşdırsaq aşağıdakı etapları qeyd etmək olar.

İlkin sifilis– sifilisin ilk etapıdır. İnkubasion dövrdən sonra (yoluxma ilə ilkin simptomların meydana gəlməsi arasındakı dövr ) hansı ki, 10-12 həftə davam edir, kontakt sahəsində ağrısız xora şəklində dəri zədələnmələri meydana çıxır. Xora tünd qırmızı rəngdə, bərk strukturlu olur və buna veneralogiyada bərk şankr deyilir.Xəstənin müalicə alıb-almamağından asılı olaraq 1-1,5 ay ərzində şankırlar itə bilər. Bu dövrdə kontaminasiya təhlükəsi yüksəkdir. İlkin sifilisin başlamasından 5-8 gün sonra xəstədə regionar limfa düyünləri böyüyür, spesifik bubonlar formalaşır.

İlkin sifilisin özünü də iki dövrə ayırsaq qeyd edə bilərik ki, birinci dövrdə standart seroloji reaksiyalar (Vasserman, İFA) mənfi nəticə verir. Bu dövr seroneqativ dövr adlanır. İkinci dövrdə isə seroloji reaksiyalar müsbət nəticə verir ki, bu da seropozitiv dövr adlanır.

İkinci sifilis– xəstəliyin ikinci dövrüdür. Yoluxmadan hətta bir həftə sonra belə başlayıb 6 aya qədər davam edə bilər. Əsasən bu dövr bərk şankırın əmələ gəlməsindən 6-7 həftə sonra baş verə bilər. Bu etap sinədə, kürəkdə, əl və ayaqda səpkilərin yaranması, boyun, qolaltı və çanaq nahiyəsində limfa düyünlərinin böyüməsi ilə xarakterizə olunur. Demək olar ki, bütün orqanlar zədələnir, əsasən də sinir sistemi, sümük, qaraciyər, böyrək və s. Xəstənin hərarəti artır, boğazında ağrılar olur, saçları isə tökülür. Bu dövrdə hər hansı bir təmas belə xəstəliyin zədələnmiş dəridən asanlıqla keçməsinə səbəb olur.

Üçüncü sifilis– xəstəliyin üçüncü dövrü hesab olunur.Əsasən adekvat müalicə alınmadığı hallarda yoluxmadan 3 il sonra baş verir. Dəri və daxili orqanlarda xoralar, oynaqlarda isə ağrı və ya hissiyyatın itməsi baş verir. Bu dövrdə xəstədə ağır ürək-damar qüsurları, baş və onurğa beyin zədələnmələri, ifliclər, psixi pozğunluqlar və sair inkar edilmir.

Sifilisə yoluxmuş hamilə qadın uşağı da asanlıqla yoluxdura bilər. Döldə də xəstəliyin gedişatı böyüklərdəki kimi olur ki, bu da ya hamiləliyin pozulmasına, ya da yenidoğulmuşlarda anomaliyalara səbəb olur.

Xəstəliyin diaqnozu kliniki əlamətlərə və serodiaqnostikaya əsasən qoyulur. PZR ilkin və ikinci sifilisdə törədicini tapmağın ən effektiv üsulu hesab olunur.

Müalicə aparılmadığı hallarda letallıq 25 % təşkil edir.

Sifilisin diaqnostikası

Sifilisin diaqnostikası bərk şankrın mikroskopik araşdırılması ilə həyata keçirilir. Serodiaqnostika solğun spiroxetlərə qarşı orqanizmin yaratdığı antihüceyrələrin axtarışına yönəlikdir.

Sifilisin müalicəsi

Əsas müalicə üsulu antibakterial terapiyadır. Solğun spiroxetlər əsasən penisilin qrupuna aid olan antibiotiklərə həssasdırlar. Özünümüalicə təhlükəlidir çünki bu xəstəliyin sağalmasını yalnız laborator üsullarla müəyyənləşdirmək olar.

Sifilisin profilaktikası

Sifilis xəstəliyinə ilkin və ikinci dövrlərdə tutulmaq olar. Əgər insan xəstəliyi barəsində məlumatlıdırsa öz seks tərəfdaşını məlumatlandırmalıdır. Xəstənin bütün cinsi tərəfdaşları müayinə olunmalıdır. Əgər tərəfdaşınızdan əmin deyilsiniz isə mütləq prezervativdən istifadə etməlisiniz. Hamilə qadınlar əgər bu xəstəliyə tutulublarsa uşağı keser yolu ilə dünyaya gətirməlidirlər. (məqalədə www.saglamaile.az saytından bəzi məlumatlar istifadə olunmuşdur.)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın