Home / XƏBƏRLƏR  / Böyük Dəbilqə çempionu Bakıya gəlir

Böyük Dəbilqə çempionu Bakıya gəlir

Beləliklə Bakıda 4-cü dəfə artıq keçiriləcək WTA seriyalı turnirin ilkin iştirakçılarının adları açıqlanıb. Bakıya gələnlər arasında Roland Garros 2010 çempionun da adı var. İtaliyalı veteran tennisçi, sabiq dünya 5-cisi olan Françeska Skyavone Baku Cup 2014-də iştirak

Françeska Skyavone
Beləliklə Bakıda 4-cü dəfə artıq keçiriləcək WTA seriyalı turnirin ilkin iştirakçılarının adları açıqlanıb. Bakıya gələnlər arasında Roland Garros 2010 çempionun da adı var.

İtaliyalı veteran tennisçi, sabiq dünya 5-cisi olan Françeska Skyavone Baku Cup 2014-də iştirak etməyə hazırlaşır. Skyavone Bakı Tennis Akademiyasının kortlarında oynayacaq ilk qalibimiz Vera Zvonarevadan (RUS) sonra ən titullu tennisçi olacaq.

Bakıda həmçinin dünya tennis gözəllərinin sırasında adı hallanan rumıniyalı Sorana Kirsti iştirak etmək niyətindədir. Sabiq çempionlarımız Boyana Yovanovski (SRB, 2012) və Elina Svitolina (UKR, 2013) da Baku Cup 2014 iştirakçiları siyahısında yer alıblar. Həmçinin Bakıya Maqdalena Rıbarikova (SVK), Klara Koukalova (ÇEX), Kurumi Nara (YAP), Mona Barthel (ALM), Şahar Peer (İSR) və sair adları tez-tez tennis dünyasında hallanan tennisçilər turnirdə iştirak etmək üçün gələcəklər.

Qeyd edək ki, Bakıda sayca dördüncü səfər keçiriləcək turnirin görüşləri Bakı Tennis Akademiyasının kortlarında keçiriləcək. Turnir International seriyalı olub və 250 min ABŞ dolları uduş fonduna malikdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın