Home / İDMAN  / Fiziki dözümlülüyü velotrenajorda artırın

Fiziki dözümlülüyü velotrenajorda artırın

Qaçmağa təmbəllik edirsiniz, üzgüçülüyə pulunuz yoxdur? Onda velotrenajor köməyinizə gələcək. Velatrenajorda fiziki dözümlülüyünüzü artıra bilərsiniz. Piramida 5 dəqiqəlik isinmədən başlamalısınız. Bir dəqiqədə pedalların dövrünü hesablayın. İsinmədən sonra bu dövrün sayını 15-ə çatdırın və hər 3 dəqiqədən bir bir

Velatrenajorda məşq
Qaçmağa təmbəllik edirsiniz, üzgüçülüyə pulunuz yoxdur? Onda velotrenajor köməyinizə gələcək. Velatrenajorda fiziki dözümlülüyünüzü artıra bilərsiniz.

Piramida

5 dəqiqəlik isinmədən başlamalısınız. Bir dəqiqədə pedalların dövrünü hesablayın. İsinmədən sonra bu dövrün sayını 15-ə çatdırın və hər 3 dəqiqədən bir bir dövr artırmağa çalışın. Tempi itirmədən 30 dəqiqə məşq edin.

Dağa dırmanma

Artıq kalorilərdən azad olmağın əla bir vasitəsi dağa dırmanmaqdır. Bunu velotrenajorda necə etmək olar? İsinmə hərəkətini 5 yox, 8 dəqiqə davam elətdirin. Sonra velotrenajoru maksimal müqavimətə keçirdin. Elə effekt alınacaq ki, sanki dağa dırmanırsınız. Pedalların dövran tempini itirməməyə çalışın. Bilirik, bu çətindir lakin nə qədər çox güc sərf eləsəniz bir o qədər nəticə istənilən olacaq.

Bir müddət sonra aşağı tempə keçid eləyin və 5 dəqiqə ara verəndən sonra yenidən məşqə başlayın və bunu 3 yanaşma ilə yerinə yetirin. Bu məşq sizin fiziki dözümlülüyünüzü artıracaq.

İnterval məşqlər

İnterval məşqlər – arıqlamaq üçün əla vasitə olub, ürəyi möhkəmləndirir. Necə edilməlidir: isinmədə daha sərt müqavimət yerinə yetirin (3 dəqiqə). Sonra aktiv sürətlənməyə keçin və 4 dəqiqə məşq edin. Çox dərinə getməyin ki, məşqin sonuna sağ çıxasınız. Məşqi 4 fazada yerinə yetirin. Daha sonralar özünü yaxşı hiss etsəniz fazanı 6 dəqiqəyə qədər artıra, istirahəti 2 dəqiqəyə qədər azalda bilərsiniz. Sonuncu ən mükəmməl etapda 8 dəqiqəlik 2 faza, 2 istirahət – 60 saniyə.

Sprint

Sürət dözümlülüyünü necə artırmaq olar? 5 dəqiqə isinmə məşqindən sonra maksimal sürətli məşqə keçin və imkanlarınızı aşın (30 saniyə). Bərpaolunma 3 dəqiqə. Bir məşqi 8-12 yanaşma ilə yerinə yetirin. Bu məşq sizin sprint imkanlarınızı və dözümlülüyünüzü artıracaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın