Home / SAĞLAMLIQ  / Yay soyuqdəyməsi: düzgün müalicə

Yay soyuqdəyməsi: düzgün müalicə

Yayda soyuqlamaq olduqca xoşagəlməz haldır.Buna baxmayaraq bu hər kəsin həyatında bir dəfə də olsa olur. Bu zaman yaranan müxtəlif suallara cavab axtarmağa çalışacayıq. Yayda bizə niyə soyuq dəyir? Soyuqdəymənin səbəbi virus və bakteriya infeksiyalarıdır. Bu infeksiyalar soyuqdəymənin

yay soyuqdəyməsi
Yayda soyuqlamaq olduqca xoşagəlməz haldır.Buna baxmayaraq bu hər kəsin həyatında bir dəfə də olsa olur. Bu zaman yaranan müxtəlif suallara cavab axtarmağa çalışacayıq.

Yayda bizə niyə soyuq dəyir?

Soyuqdəymənin səbəbi virus və bakteriya infeksiyalarıdır. Bu infeksiyalar soyuqdəymənin nəticəsində inkişaf edirlər. Lakin yayın istisində soyuqdəymə başqa cür olur. Temperaturun qəfil düşüb-qalxması soyuqdəyməyə səbəb olur.

İstidə küçə qızmış tavanı xatırladır və bizlər evə gələrkən mexaniki olaraq sərin və soyuq içkilərə üz tuturuq, dondurma yeyirik. Kondisionerin altında oturmaqdan həzz alırıq, lakin sonradan çəkəciyimiz əziyyəti düşünmürük. Nəticədə boğaz qaşınmaları, baş ağrıları, oskürək, burun axması meydana gəlir. Orqanizmimizi məruz qoyduğumuz temperatur düşüb-qalxmaları mikrobları aktivləşdirir və farinqit, larinqit, tonzullit və sair xəstəliklərə yol açır.

Yay soyuq dəymələri az rastlanan hal deyildir. Statistikaya görə qripə tutulanların sayı yayda 20% artır. Bunun üçün yazıda toxununan məsələlərdən xəbərdar olmaq vacibdir.

Soyuqdəyməni yayda necə müalicə etmək lazımdır?

Yay soyuqdəyməsi adətən qışdan daha uzun çəkir. Məsələ ondadır ki, qışda isti yorğana bürünüb xəstəliyi bədənimizdən çıxarda bilirik. Yayda isə bu xəstəliyə bir o qədər fikir vermirik və özünün keçəcəyini düşünürük. Kondisionerli otaqlarda otururuq, günəşin istisində qızınırıq. Bununla da orqanizmimizi əlavə yükə salaraq, onun sağalmasına maneələr törədirik.

Soyuqdəymə tez və ağrısız canınızdan çıxsın deyə xüsusi şərait yaratmaq lazımdır. İsti olmasa da, ilıq su içmək lazımdır. Soyuqdəymə zamanı çoxlu mayə qəbul etmək lazımdır. Bu temperaturun yüksəlməsi nəticəsində orqanizmdə yaranan su çatışmamazlığını aradan qaldırmaq üçün vacibdir. Mayə həmçinin sidik vasitəsi ilə yaranmış mikrobları orqanizmdən çıxarır. Lakin qışda isti çay içmək məsləhətdirsə, yayda çay və su ilıq olmalıdır.

Qarqara – bütün fəsillərdə geçərlidir. Qarqara üçün çobanyastığı, adaçayı, duz, yod, sodadan istifadə etmək olar.

C vitamininin qəbulunu çoxaltmaq lazımdır. Soyuqdəymə zamanı bu vitaminin maksimum qəbulu lazımdır. Yayda üstəlik vitamin C tərkibli məhsullar daha asan tapılır. Çiyələk, malina, qarağat, və sair vitamin C ilə zəngin olan meyvə-tərəvəzlər sizin köməyinizə gələcəkdir.

Təmiz hava lazımdır. Təmiz havada gəzinti yay soyuqdymələri üçün məsləhətdir. Lakin gəzintidən sonra kondisionerli otağa girmək qəti qadağandır və bundan qaçmaq lazımdır.

İsitmə prosedurları ilə ehtiyatlı olun. Kompreslər yayda axşam və ya gecə qoyulmalıdır ki, havanın temperaturu çox yüksək olmasın. İsti yorğana bürünmək də vacib deyil, əks halda orqanizminizi daha çox qızdırmaq təhlükəsi ilə üzləşə bilərsiniz.

Fiziki məşqləri azaltmaq lazımdır. Bunu soyuqdəymənin hansı fəsildə olmasından asılı olmayaraq etmək mütləqdir. Orqanizminizə xəstəliklə mübarizə aparmaq üçün güc lazımdır.

Günəş vannası. İsinmək üçün günəş vannası qəbulu prosedurlarını yerinə yetirmək olar. Lakin diqqətli olun ki, orqanizminiz həddindən çox qızmasın.

Dərman preparatları. Lazım gələrsə temperaturu salan, öskürəyi yumuşaldan və sair dərmanları qəbul etmək lazımdır.

Sağalan kimi kondisonerin altında buzlu su içməyə tələsməyin. Orqanizmin bərpası üçün vaxt lazımdır.

Yayda necə soyuqlamamaq olar?

Bir neçə qaydaya əməl etmək lazımdır:

İçkiləri soyuq yox, sərin halda için;
Fəsilə uyğun qida rasionunuzu qurun;
İdman edin, qaçın, üzün.

Unutmayın ki, xəstəliyə tutulmamaq, tutulub sonra müalicə etməkdən yaxşıdır!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın