Home / XƏBƏRLƏR  / Planetin yaşayan ən qocaman pişiyi ölüb

Planetin yaşayan ən qocaman pişiyi ölüb

6 iyun 2014-cü il tarixində Böyük Britaniyada yaşayan dünyanın ən yaşlı pişiyi ölüb. Bu ilin fevral ayında bişik öz 24 yaşını qeyd etmişdir. Poppi (Poppy) adlı pişik, 1990-cı ildə Bornmut şəhərində dünyaya gəlib. Son illər Poppi

Pişik Poppi
6 iyun 2014-cü il tarixində Böyük Britaniyada yaşayan dünyanın ən yaşlı pişiyi ölüb. Bu ilin fevral ayında bişik öz 24 yaşını qeyd etmişdir.

Poppi (Poppy) adlı pişik, 1990-cı ildə Bornmut şəhərində dünyaya gəlib. Son illər Poppi göz zəifliyindən, eşitmə qabiliyyətindən və arxa ayaqlarından əziyyət çəkirdi.

Pişik onu sevən ailə ilə yaşayıb: 43 yaşlı Ceki Uet, əri və iki oğlu (8 və 12 yaş) pişiyə qulluq ediblər. Cekinin sözlərinə görə Poppi aktiv pişik olmuş və rasionu xüsusi yeməklərdən tutmuş quru meyvələrə qədər zəngin olmuş.

Bu ilin əvvəlində 24 yaşını qeyd edən Poppi Ginnes rekordları kitabına yaşayan ən yaşlı pişik kimi daxil edilmişdir. Beləki, Poppinin yaşı insanın 114 yaşına ekvivalentdir. Onun yaşadığı dövrdə Böyük Britaniyada 5 baş nazir dəyişilmişdir.

Poppi ailənin bağında və digər dünyasını dəyişmiş ev heyvanlarının yanında dəfn edilmişdir. Hal-hazırda Uest ailəsinin daha 4 pişiyi və digər ev heyvanları vardır.

Maraqlısı o dur ki, dünyanın ən yaşlı pişiyi, Texas sakini Krem-Paff (Creme Puff) olmuşdur. Sözügedən pişik 3 avqust 1967-ci ildə dünyaya gəlmiş və 6 avqust 2005-ci ildə dünyasını dəyişmişdir. Paff öləndə onun 38 və 3 gün yaşı var idi.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın