Home / İDMAN  / Yayda məşqlər: zalda doğru məşq

Yayda məşqlər: zalda doğru məşq

Yay övsümü - məşqlər üçün əla vaxtdır. Əgər siz zalda məşq eləməyə hazırlaşırsınız isə İDOL.AZ məsləhətlərinə qulaq asın. Geyim Düzdü, yayda istidir. Lakin bu demək deyil ki, siz trenajor zalına qısa şort və topiki xatırladan t-shirtərdə getməlisiniz.

Gerardo Gabriel
Yay övsümü – məşqlər üçün əla vaxtdır. Əgər siz zalda məşq eləməyə hazırlaşırsınız isə İDOL.AZ məsləhətlərinə qulaq asın.

Geyim

Düzdü, yayda istidir. Lakin bu demək deyil ki, siz trenajor zalına qısa şort və topiki xatırladan t-shirtərdə getməlisiniz. İlk öncə bu təhlükəlidir, çılpaq bədənlə trenajorun toqquşması zədəyə səbəb ola bilər. Üstəlik tərli bədəniniz bütün trenajorlarda sürüşəcəkdir. Məsləhət bilinir ki, daha uzun və sintetik geyimlərdən istifadə edəsiniz.

Karbohidratlar

Yayda inanılmaz dərəcədə insanın canı snikers və kola çəkir. Bu elə belə deyil. İstidə tərləyərək orqanizm tonnlarala karbohidrat yandırır. Bu məhsulları açıq ürəklə yeyə bilərsiniz. İsti aylarda onlar sizi kökəltməyəcək.

Su

Sirr deyil ki, yayda sudan çoxlu istifadə etmək lazımdır. Lakin məşq zamanı çoxlu su içmək məsləhət bilinmir. Su tərləmə prosesisini intensivləşdirir və bu əzələ qıcını yarada bilər. Bu duz və mineralların orqanizmdən yuyulmasından irəli gəlir. Yanaşmadan dərhal sonra soyuq su içməkdə məsləhət bilinmir. Beləki, siz bununla ürək-damar sisteminə düşən yükü artırmış olursunuz. Ən azı bir dəqiqə gözləyin. Məşqdən sonra isə nə qədər istəsəniz, o qədər də su içə bilərsiniz.

Daha tez-tez məşq edin

Bir çox məşqçilər yayda daha te-tez lakin az intensivli məşq etməyi məsləhət bilirlər. Misal üçün:

Ştanqa ilə çömbəlmək: 4х2;
Uzanaraq ştanqa ilə jim: 5х3;
Ayaqlar ilə jim: 3х6;
Ştanqanı ayaqüstə bitsepsə qaldırılması: 3х8.

Yanaşmalar

Tez-tez məşq o səbəbdən lazımdır ki, yayda orqanizmin əzələ bərpasına gücü çatmır, bu oksigen çatışmamazlığı ilə əsaslanır. Bu səbəbdən 3 yanaşma ilə 6-8 təkrarlama yerinə 8 yanaşma ilə 2-3 təkrarlama yerinə yetirin və nəticə özünü gözlətməyəcək.

Havalandırma

Hətta ən usta idmançı havalandırma olmayan yerdə məşq edə bilməz. Mütləq zalın havası dəyişilməli və kondisionerlər işləməlidir. Bu səbəbdən zal seçərkən bu xırda məsələni gözdən qaçırmayın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın