Home / XƏBƏRLƏR  / Yeni Zelandiya dünyanın ən qatı İslam dövləti elan edildi

Yeni Zelandiya dünyanın ən qatı İslam dövləti elan edildi

“Əgər müsəlmanların müqəddəs kitabı Quranın tələblərinin iqtisadi, siyasi və sosial sferalarda nə dərəcədə həyata keçirildiyi əsas götürülsə, o zaman dünyada ən qatı İslam dövləti Yeni Zelandiyadır”. Bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti İran mənşəli İslam tədqiqatçısı

Yeni Zelandiya
“Əgər müsəlmanların müqəddəs kitabı Quranın tələblərinin iqtisadi, siyasi və sosial sferalarda nə dərəcədə həyata keçirildiyi əsas götürülsə, o zaman dünyada ən qatı İslam dövləti Yeni Zelandiyadır”.

Bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti İran mənşəli İslam tədqiqatçısı Hüseyn Əsgərinin araşdırmasına istinadən yazır.

H.Əsgəri araşdırması barədə BBC-yə müsahibə verib.

Hüseyn Əsgəri ABŞ-ın Corc Vaşinqton Universitetində Quranın şərtlərinin hansı ölkələrdə daha çox həyata keçirildiyini araşdırıb və olduqca maraqlı nəticəyə gəlib. Məlum olub ki, özlərini müsəlman hesab edənlər və İslam dövləti sayanlar bu müqəddəs kitabda yazılanlara iqtisadi, sosial və siyasi həyatlarında heç də əməl etmirlər. Ancaq Avropanın bir çox xristian ölkələri Quranın tələblərinin real həyata tətbiqi baxımdan onlardan qat-qat artıq islamçıdır.

Araşdırmaya əsasən dünyanın ən qatı İslam dövləti Yeni Zelandiyadır. Bu ölkədə sosial ədalət, bərabərlik, dürüstlük, başqasının malına göz dikməmək, xalqın malını oğurlamamaq, cinayətlərdən uzaq olmaq və s. baxımından Quranın tələblərinə dünyada ən yüksək səviyyədə əməl olunur.

Sonrakı yerdə Lüksemburq, İrlandiya, İslandiya, Finlandiya, Danimarka, Kanada, Böyük Britaniya və Hollandiya gəlir.

Araşdırma göstərib ki, Quranın tələblərinə əməl olunması baxımından dünyanın heç bir müsəlman ölkəsi ilk onluqda yer almır. Onlara heç ilk “30-luq”da da yer tapılmayıb. Qurana əməl olunması baxımından əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdən ən yüksək pillədə Malayziyadır ki, o da yalnız 33-cü yerdə qərarlaşıb.

Bir çox müsəlman ölkələrində düşmən hesab edilən İsrail belə müsəlman ölkələrinin çoxuna nisbətən daha islamçıdır. Bu ölkə siyahıda 27-ci yerdədir.

“İslama sitayiş edən və özlərini müsəlman ölkəsi hesab edən əksər ölkələrdə ədalətsizlik hökm sürür, bu ölkələr korrupsiyalaşıb və inkişafdan geri qalıb. Ona görə də mahiyyətcə heç cür İslam ölkəsi hesab edilə bilməzlər” – deyə H.Əsgəri BBC-yə müsahibəsində bildirib. (virtualaz.org)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın