Home / QADINLAR  / Ramazanda cinsi əlaqə

Ramazanda cinsi əlaqə

Ramazanda cinsi əlaqə caizdirmi? Hansı saatlarda olmalıdır? Sağlamlıq üçün mütləqdirmi? Bütün bu sualları Türkiyənin Cinsi Sağlamlıq İnstitutu cavablandırıb. Ramazan ayının başlamasıyla hər il olduğu kimi "Ramazanda cinsi əlaqə necə olmalıdır?" mövzusu gündəmə gəlir. Cinsiyyət dair cəmiyyətə

ramazanda cinsi əlaqə
Ramazanda cinsi əlaqə caizdirmi? Hansı saatlarda olmalıdır? Sağlamlıq üçün mütləqdirmi? Bütün bu sualları Türkiyənin Cinsi Sağlamlıq İnstitutu cavablandırıb.

Ramazan ayının başlamasıyla hər il olduğu kimi “Ramazanda cinsi əlaqə necə olmalıdır?” mövzusu gündəmə gəlir. Cinsiyyət dair cəmiyyətə hakim olan ayıb, qadağan və günah anlayışları, adamın nigahlı yoldaşıyla yaşadığı cinsi həyatı belə kölgə altına ata bilir. Bunun ən gözəl nümunələrindən biri Ramazan ayında gedən müzakirələrdir.

Ramazan ayında seks çox səhv bir şəkildə, cinayət və ya günah kimi qələmə verilir. Hansı ayda olursa olsun, bir insan səhv edib nəticələrinə dözüb, acı çəksə; yoldaşıyla sağlam bir şəkildə cinsi əlaqəyə girdiyində də o qədər rahatlaşar və həzz alar.

İslam inanclarına görə, oruclu halda cinsi münasibətdən qaçılmalı, iftarla imsak arasında belə cinsi əlaqəyə girilməməlidir. Ruhi və fiziki saflaşmanın gərəkli olduğu Ramazan ayında cinsi münasibətə qadağa qoymaqdansa, ruhlar və beyinlər təmizlənməli və balanslı bir ruh yaranmasına çalışılmalıdır. Ramazan ayı boyunca sağlam cinsi münasibətlər yaşamaq olar. Çünki insanın maddi və mənəvi inkişafının, eyni zamanda bədən və ruh sağlamlığının qorunmasında mühüm yer tutan cinsi münasibət İslam dinində də insan təbiətinin ən əsas ehtiyaclarından biri kimi qəbul olunur. Beləki, insan üçün intim istək yemək-içmək kimi təbii faktordur. Buna görə də paklanma ayı olan Ramazanda əsasən insan içindəki qara hisslər və düşüncələrdən təmizlənməli, cinsi istəklərinə heç bir qadağa qoymamalıdır. Bu barədə olan qorxu və narahatçılıqdan da azad olmaq lazımdır.

İnstitutun digər bir mütəxəssisi isə bildirir ki, iftardan sonra həddindən artıq toxluq hissi cinsi istəyin də artmasına səbəb ola bilər. Çünki insanın əsas impulslarından olan yemək-içmək, sığınmaq, qorunmaq və intim münasibət zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Ancaq çox yedikdən, soyuq içkilər içdikdən və ya dondurma yedikdən sonra cinsi əlaqəyə girmək sağlamlığa ziyandır. Həddindən artıq toxluq hərəkətsizlikdən uğursuzluğa kimi bir çox cinsi problemlərə gətirib çıxara bilər. (maraq.info)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın