Home / İDMAN  / Ramazan ayında idman: nələrə diqqət yetirmək lazımdır

Ramazan ayında idman: nələrə diqqət yetirmək lazımdır

Həm oruc tutub həm də idmanla məşğul olmaq olarmı? Ediləcək məşqin müddəti necə olmalıdır? Orucluqda buraxılmalı idman növləri hansılardır? İDOL.AZ cavablandırır. Atıq çəki problemləri olan bəzi kişilər ramazan ayını arıqlamaq üçün fürsət hesab edirlər və yalnız

Orucluqda məşq
Həm oruc tutub həm də idmanla məşğul olmaq olarmı? Ediləcək məşqin müddəti necə olmalıdır? Orucluqda buraxılmalı idman növləri hansılardır? İDOL.AZ cavablandırır.

Atıq çəki problemləri olan bəzi kişilər ramazan ayını arıqlamaq üçün fürsət hesab edirlər və yalnız iftarda yemək yeyirlər. Lakin bələ qidalanma nəinki arıqlatmaya bilər, hətta çəkinizi belə artırar. Metobolizmin sürətinin yavaşlaması və imsakla iftarın günün ən az hərəkətli saatlarına düşməsi və fiziki güc sərfinin ramazanda azalması səbəbi ilə siz çəki artımı ilə üzləşə bilərsiniz. Bunun qarşısını almaq üçün nə edilməlidir:

Hər yaş qrupu üçün: iftardan 1-1,5 saat əvvəl 45-60 dəqiqə sakit templə yürüş.

Hər yaş qrupu üçün: iftardan 2-2,5 saat sonra yenə 45-60 dəqiqə sakit templə yürüş, az təkrarlı elastiklik məşqləri.

30 yaşına qədər olanlar üçün: iftardan 2 saat sonra 30 dəqiqə tempi biraz yüksək yürüş ve sizə aid olan məşq proqramı.

30-45 yaş arası olanlar üçün: iftardan sonra 45 dəqiqə sakit templə yürüş, elastiklik məşqləri ve az təkrarlı ağırlıq məşqləri.

Ramazan ayında nələr edilməməlidir?

Səhər sübhdən kardio məşqləri;
İftardan dərhal sonra tempi yüksək olan yürüş və iftardan dərhal sonra elastiklik məşqləri etmək;
İftardan əvvəl və sonra tempi yüksək olan məşq proqramlarını yerinə yetirmək;
Oruc ola ola üzmək, sauna ve buxardan istifadə etmək.

Həm oruc tutub həm də məşq etmək olarmı?

Günortadan sonra məşq edə bilərsiniz, lakin qanda şəkərin düşməsi və metabolizmin dəyişməsi səbəbi ilə problemlər yarana bilər. Buna görə əgər siz məşqlərinizə ara vermək istəmirsiniz isə bunun üçün ən uyğun vaxt imsak və iftardan 2-3 saat sonradır.

Ediləcək məşqlərin müddəti və ağırlığı önəmlidirmi?

Kişinin uzun müddət məşğul olduğu idmanı oruc tutanda buraxmasına bir səbəb yoxdur. Çünki orqanizm artıq bu məşqlərə öyrəşib və adaptasiya olub. Lakin oruc tutursunuz isə məşqin gücünü və müddətini azaltmalısınız.

Oruc tutan kişilər hansı idmandan uzaq olmalıdırlar?

Təzyiq və şəkər problemləri ortaya çıxa bilər ki, bu da bəzi hallarda insanın huşunu itirməsi ilə nəticələnə bilər. Oruc tutmuşsunuz isə ekstremal idman növlərindən uzaq olmaq məsləhətdir. Uzun müddət qaçmaq da təhlükəlidir. Və ümumiyyətlə əgər siz idmanla profesional olaraq məşğul olursunuz isə sizə oruc tutmaq olmaz. Həvəskar idmançılar isə uyğun saatlarda gücü və müddəti azaldılmış şəkildə məşq edə bilərlər.

Oruc müddətində buraxılması məşqlər hansılardır?

Gücü az olan məşqləri davam etdirə bilərsiniz, lakin ağırlığı yüksək olan məşqlərdən uzaq olmaqda fayda var. Xüsusən də kardio yönümlü məşqləri buraxmanız məsləhət görülür. Misal üçün, üzgüçülük, volleybol, basketbol, tennis. Bunu da qeyd edək ki, məşq zamanı tərləmə yolu ilə orqanizminizin çoxlu mayə itkisi ilə üzləşəcəyinə hazır olun. Bu da orqanizmə zərər vura bilər. Ürək döyüntülərinin və təzyiqin isə oruc olub olmamağınız ilə bir əlqəsi yoxdur.

Oruc tutanlara məşq barəsində məsləhət nədir?

Oruc tutan kişilər nəyi necə etdiklərini bilirlərsə, gün ərzində ağır olmayan məşqləri yerinə yetirə bilərlər. Profesional idmanla məşğul olanlar oruc tutarlarsa sağlamlıqlarında problemlərlə üzləşə bilərlər və ya göstəriciləri aza bilər.

Ramazan ayında oruc tutanlar yeni məşqə başlaya bilərlər?

Oruc tutan insanın ramazan ayında yeni məşqə başlaması düzgün deyil. Beləki, onun orqanizmi bu məşqlərə öyrəşmədiyi üçün yorulacaq. Bu səbəbdən yeni məşqlərə başlamaq üçün orucluğun bitməsini gözləməyiniz məsləhətdir. Lakin az templi yürüşə başlamaq olar.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın