Home / XƏBƏRLƏR  / Bədən temperaturu ilə işləyən batareya kəşf edildi

Bədən temperaturu ilə işləyən batareya kəşf edildi

Cənubi Koreyalı mütəxəssislər elektrik cihazlara bədən istiliyi ilə enerji verən elastik termoelektrik məhsul icad ediblər. Koreya Elm və Texnologiya universitetinin professoru Byunq Jin Çonun rəhbərliyi altında icad edilən bu alət dəri və hava arasındakı istiliyi enerjiyə

batareya
Cənubi Koreyalı mütəxəssislər elektrik cihazlara bədən istiliyi ilə enerji verən elastik termoelektrik məhsul icad ediblər.

Koreya Elm və Texnologiya universitetinin professoru Byunq Jin Çonun rəhbərliyi altında icad edilən bu alət dəri və hava arasındakı istiliyi enerjiyə çevirir.

Ağıllı eynək və ürək cihazı kimi geyinilə bilən alətlərin enerji probleminin bu yeni alətlə həll olunacağı düşünülür. Alətin yaradılmasında istifadə edilən şüşə lifin altında batareya və keçiricilər yerləşir. Cihaz bədənə yapışdırıldıqdan sonra “Bluetooth”, “Wi-Fi” və ya “GPS” sayəsində enerji doldurulması başlayır. (ailem.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın