Home / GÖRKƏM  / Oruc tutan insanın ağzından iy gəlirsə nə edilməli?

Oruc tutan insanın ağzından iy gəlirsə nə edilməli?

Ramazan ayında orucla birgə aclıqdan irəli gələrək ağızdan gələn iy də artır. Bunun qarşısını almaq üçün stomotoloqlar aşağıdakı bir neçə məsləhəti verirlər: - İftardan və imsakdan sonra dişlərinizi mütləq yuyun; - Dişlər qədər dil də qoxu gətirir

Ramazanda ağızdan gələn iy
Ramazan ayında orucla birgə aclıqdan irəli gələrək ağızdan gələn iy də artır. Bunun qarşısını almaq üçün stomotoloqlar aşağıdakı bir neçə məsləhəti verirlər:

– İftardan və imsakdan sonra dişlərinizi mütləq yuyun;

– Dişlər qədər dil də qoxu gətirir ki, dişlərinizi yuyanda dilinizi yumaq da yaddan çıxmasın;

– Xüsusən də Ramazan ayının yay aylarına düşdüyündən iftarda və imsakda soyuq su içilir və qida qəbul olunur. Soyuq su ağız iyini artırır, onun əvəzinə daha ilıq su və qidaların qəbul edilməsi məsləhətdir;

– İmsakda sarımsaqlı qidalardan uzaq durmalısınız;

– Ramazan ayında yemək vərdişiniz dəyişdiyi üçün mədə şirəsi günorta və axşam saatlarında daha çox ifraz edilir ki, ağızdan iy gəlməyə başlayır. Bu səbəblə həmin saatlarda tərəf müqabilləriniz ilə biraz məsafədə söhbət etməyiniz məsləhətdir.

– Yaşıl çay və ətirli çaylardan daha çox istifadə edin. Bu çaylar ağız iyisinin qarşısını ala bilirlər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın