Home / BİZNES  / Oruc tutanlar gərginlikdən azad olmalıdırlar

Oruc tutanlar gərginlikdən azad olmalıdırlar

Oruc tutan insanlar aclıq hissilə birgə gün ərzində sresdən qorunmaq üçün Ramazan ayında gündəlik iş proqramlarında dəyişiklik etməlidirlər, insan fiziki və ruhunu yoran işlərdən uzaq durmağa çalışmalıdır. Ramazan ayında oruc tutaraq yəmək qrafikiniz dəyişir və bu da

Ramazanda stres
Oruc tutan insanlar aclıq hissilə birgə gün ərzində sresdən qorunmaq üçün Ramazan ayında gündəlik iş proqramlarında dəyişiklik etməlidirlər, insan fiziki və ruhunu yoran işlərdən uzaq durmağa çalışmalıdır.

Ramazan ayında oruc tutaraq yəmək qrafikiniz dəyişir və bu da stresi və gərginliyi özü ilə gətirir. Alimlər iddia edirlər ki, oruc tutan insanlarda qanda şəkərin düşməsi, əsəbilik, gərginlik və səbirsizlik kimi proseslər müşahidə olunur.

Alimlər mənəvi hisslərin gücləndiyi bu müqəddəs ayda orucluğu ən sağlam şəkildə keçirmək üçün iş rejimində mütləq şəkildə dəyişikliklərin labüd olduğunu bildirirlər. Oruc tutanlar ilk növbədə imsaka qalxmalıdırlar. Fiziki və ruhunu yora biləcək işləri iftardan sonraya saxlamalıdırlar. İşdə gün ərzində 10 dəqiqəlik fasilələrə daha tez yer verməlidirlər. Aclığın nəticəsində diqqətin və konsentrasiyanın zəiflədiyi üçün mümkün olduğu qədər sükan arxasına keçməməlidirlər. Oruc tutan insanlar gün ərzində onları sakitləşdirən xobbilərlə də məşğul olmalıdırlar.

Digər tərəfdən şəkər və təzyiq xəstələri oruc tutmaqla sağlamlıqlarına ziyan vura bilərlər. Onlar mütləq həkimlə məsləhətləşməlidirlər. Dərsə gedən uşaqların oruc tutması onların nəticələrini zəiflədə bilər. Əgər məktəbli oruc tutmaq istəyirsə, valideynlər orucu yalnız istirahət günləri tutmasını məsləhət verə bilərlər.

Stres və gərginlikdən qurtulmaq üçün daim nəsə yeyənlər üçün orucluqda böyük çətinliklərlə üzləşirlər. Lakin alimlər strestdən azad olmağın bu növünü orqanizmə ziyan olduğunu bilidirirlər, amma yenə də bu xüsusiyyəti olan insanlarda orucluqda stres hallarının artması müşahidə olunur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın