Home / SAĞLAMLIQ  / Günəşdə yanmısınız isə nə etməlisiniz?

Günəşdə yanmısınız isə nə etməlisiniz?

Yəgin siz bilirsiniz ki, isti günəşli günlər sizin məzuniyyətinizi pozmaqla yanaşı sağlamlığınıza da zərər gətirə bilər. Bunun baş verməməsi üçün günəş yanmalarından özünüzü qorumalısınız. Bronzlaşmış bədən cazibədar və seksual görünür, lakin bununla ehtiyatlı olmaq lazımdır.

Armando Fogaça
Yəgin siz bilirsiniz ki, isti günəşli günlər sizin məzuniyyətinizi pozmaqla yanaşı sağlamlığınıza da zərər gətirə bilər. Bunun baş verməməsi üçün günəş yanmalarından özünüzü qorumalısınız. Bronzlaşmış bədən cazibədar və seksual görünür, lakin bununla ehtiyatlı olmaq lazımdır. Günəş yanmalarından qorunmalısınız. Yox əgər artıq yanmısınız isə aşağıdakı məsləhətlərimizə qulaq asın:

Həblər

Əlbəttə ki, ən sadə üsul iltihab prosesinə qarşı dərman preparatlarıdır. Bununla siz dərinizin yanma nəticəsində aldığı zədəni sakitləşdirə və daha dərin nəticələrin qarşısını ala bilərisiniz. Aydındır ki, dərmanları nə qədər tez içməyə başlasanız bir o qədər tez təsir etməyə başlayacaqdır. Xüsusi dərmanlardan başqa aspirin də içə bilərsiniz.

Çoxlu su için

Yəgin siz bilirsiniz ki, günəş şuası orqanizmdə susuzluq yaradır, dərini qurudur. Üstəlik günəşdə tərlədiyinizdən çoxlu mayə itirirsiniz. Günəşdə yanmısınız isə çoxlu su içmək lazımdır (əgər susuzluq hissiniz yoxdursa belə). Su sizin orqanizminizin bərpa olunmasına kömək olacaq. Su ilə yanaşı sizlərə idman içkilərindən də istifadə etməyi məsləhət bilirik. Bu içkilər qidalandırıcı maddələrin tarazlığını tez bir zamanda təmin edəcəkdir.

Yaxalanın

Bütün gün günəş altında keçirmisiniz isə, soyuq duş almaqda fayda var. İsti su ilə çimməyə ehtiyac yoxdur, bu daha da sizi yandıra bilər.

Losyondan istifadə edin

Mütləq losyonlardan istifadə etmək lazımdır. Losyonların köməyi ilə dərinizdəki termik zədələri azalda biləcəksiniz. Losyonların tərkibindəki vitamin C zədələnmiş hüceyrələri bərpa edəcəkdir. Bu arada yanığı olan kişilər spritli içkilərdən uzaq durmalıdırlar ki, spirtli içkilər dərini qurudur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın