Home / XƏBƏRLƏR  / Astronomlar ikili ulduzda ekzoplanet aşkarlayıblar

Astronomlar ikili ulduzda ekzoplanet aşkarlayıblar

Şimali Amerika, Avropa, Yaponiya və digər dünya ölkələri alimlərinin yer aldığı beynəlxalq alimlər kollektivi ikili ulduz sistemində planet aşkarlayıblar. Öz araşdırmalarını alimlər Science jurnalında çap elətdiriblər, həmçinin bu barədə NASA rəsmi saytından da məlumat ala

ekzoplanet
Şimali Amerika, Avropa, Yaponiya və digər dünya ölkələri alimlərinin yer aldığı beynəlxalq alimlər kollektivi ikili ulduz sistemində planet aşkarlayıblar. Öz araşdırmalarını alimlər Science jurnalında çap elətdiriblər, həmçinin bu barədə NASA rəsmi saytından da məlumat ala bilərsiniz.

OGLE-2013-BLG-0341LBb planeti Yer kürəsindən iki dəfəyə qədər böyükdür, onun üzərindəki temperatur 213 dərəcə təşkil edir, planet öz ulduzundan 145 milyon km aralıqda yerləşir ki, Yer kürəsi öz ulduzundan (Günəş) 147-152 milyon km aralıqdadır. Planetin ulduzu Günəşdən təqribən 400 dəfə solğundur ki, OGLE-2013-BLG-0341LBb üzərindəki aşağı temperatur bununla əsaslanır. Planetin çəkisi Yer kürəsinin 0,1-0,15ni təşkil edir.

OGLE-2013-BLG-0341LBb haqqında ilkin məlumatlar artıq, OGLE-IV eksperimenti çərçivəsində, 11 aprel 2013-cü ildə gəlməyə başlamışdır. Növbəti iki həftə ərzində müxtəlif teleskoplarla məlumat toplanaraq, kompüterə ötürülmüş və aşkarlanan planetin parametrləri təyin olunmuşdur.

OGLE (Optical Gravitational Lensing Experiment) — amerika-polşa birgə eksperimentidir. Müşahidələr Las-Kampanas (Çili) rəsətxanasında aparılır. OGLE müşahidələr nəticəsində bir neçə ekzoplanet aşkarlanmışdır, misal üçün OGLE-2005-BLG-390Lb. Alimlər iddia edirlər ki, onların aşkarladığı ekzoplanet öz aləmində yeganə deyildir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın