Home / QİDA  / Öz dondurmanı özün hazırla

Öz dondurmanı özün hazırla

İsti yay aylarında insanın ağlına gələn ilk şey dondurma olur. Yay mövsümündə dondurma ən çox yeyilən şirnilərdən biridir. Dondurmalar müxtəlif dadda, müxtəlif tərkibli olurlar. Bugün sizə evdə hazırlaya biləcəyiniz sadə dondurma reseptini verəcəyik. Lazım olanlar: 1 L

dondurma resepti
İsti yay aylarında insanın ağlına gələn ilk şey dondurma olur. Yay mövsümündə dondurma ən çox yeyilən şirnilərdən biridir. Dondurmalar müxtəlif dadda, müxtəlif tərkibli olurlar. Bugün sizə evdə hazırlaya biləcəyiniz sadə dondurma reseptini verəcəyik.

Lazım olanlar:

1 L yağlı süd
1 çay qaşığı toz səhləb (5 qr)
1 çay qaşığı vanil
1 stəkan toz şəkər.

Hazırlanma qaydası:

Bir qab içərisinə toz şəkər, səhləb və vanil qoyularaq qarışdırılır

1 L süd qaynadılır. Sonra əvvəlcədən hazırladığımız qarışıq (toz şəkər, səhləb, vanil) südə yavaş yavaş əlavə edilir. Süd qaynamağa başladıqdan sonra isidicinin temperaturu azaldılır. Qarışıq vam odda 10 dəqiqə sovrularaq qaynadılır. 10 dəqiqə tamam olduqdan sonra qazan ocağın üzərindən götürülür, otaq temperaturuna qədər soyuması gözlənilir. Bundan sonra qazanın qapağı örtülü olaraq soyuducuya dondurucu bölümünə yerləşdirilir. Burada 2 saat gözlədilir. Bunda n sonra dondurma dondurma qarışdırılır və yenidən dondurucuya yerləşdirilir. Qazandakı süd tamamən donana qədər hər saat başı qarışdırılır. Təqribən 5 saat sonra vanilli sadə dondurmamız servisə hazırdır. (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın