Həftədə neçə dəfə məşq edilməlidir?
Trenajor zalına getməyə başlayan hər bir kişi, həftədə neçə dəfə məşq eləməlidir sualı ilə üzləşir. İDOL.AZ saytı bu məsələyə aydınlıq gətirməyə çalışıb. Müsbət nəticələri həftədə neçə dəfə məşqlə əldə edə biləcəyinizi araşdırıb. Həftədə 1 məşq Həftədə bir dəfə
Trenajor zalına getməyə başlayan hər bir kişi, həftədə neçə dəfə məşq eləməlidir sualı ilə üzləşir.
İDOL.AZ saytı bu məsələyə aydınlıq gətirməyə çalışıb. Müsbət nəticələri həftədə neçə dəfə məşqlə əldə edə biləcəyinizi araşdırıb.
Həftədə 1 məşq
Həftədə bir dəfə adətən trenajor zalına getməyə vaxtı olmayanlar məşq edirlər. Bəziləri müəyyən fiziki formanı saxlamaq üçün həftədə bir dəfə məşq edirlər. Lakin İDOL.AZ saytı həftədə bir dəfə məşqi istənilən halda yetərsiz hesab edir.
Həftədə 2 məşq
Həftədə iki dəfə məşq artıq fiziki formanın proqresi üçün atılmış bir addımdır. Həftədə iki dəfə məşq bir dəfədən daha faydalıdır və əzələ kütləsinin və çəkinin yığılmasına təkandır.
Həftədə 3 məşq
Bu məqsədli məşqlər üçün ən ideal variantdır. Həftədə üç dəfə məşq eləməklə əzələ kütləsini yığa, fiziki formanızı yaxşılaşdıra və ciddi nailiyətlər əldə edə bilərsiniz.
Həftədə 4 məşq
Adətən bu sayda məşqi “özü üçün” məşqdən “çıxışlar üçün” məşqə keçid edənlər yerinə yetirirlər. Bu qrafikdə yalnız təcrübəli atletlər məşq edə bilər. Onlar nəyi necə edəcəklərini və məqsədlərini dəqiq bilirlər.
Həftədə 5 məşq
Adətən həftədə beş dəfə məşq edənlər səhnəyə çıxanlardır. Həmçinin tez bir zamanda artıq çəkidən azad olmaq istəyənlər də həftədə beş dəfə məşqə baş vururlar. Bu qədər məşq sayı ilə olduqca diqqətli olmaq lazımdır. Mütləq yaxşı bərpaolunmanı təmin etməlisiniz və artıq məşqə yol verməməlisiniz.
Həftədə 6-7 məşq
Bu sayda məşq profesional idmançılar üçündür, sıravi kişilərə bu qədər məşqə ehtiyac yoxdur.