Home / SAĞLAMLIQ  / Səhər sübhdən siqaret çəkmək təhlükəlidir

Səhər sübhdən siqaret çəkmək təhlükəlidir

Siqaretin sağlamlığa ziyan olduğunu hamı bilir. Hətta siqaret asıllığı olanlar belə bunun ziyan olduğunu dərk edirlər. Ama məlum olub ki, günün hansı saatında çəkməkdən asılı olaraq, ziyanın dərəcəsi dəyişilir. Pen Steyt amerika kollecinin alimləri belə bir

ismayıl kərimov
Siqaretin sağlamlığa ziyan olduğunu hamı bilir. Hətta siqaret asıllığı olanlar belə bunun ziyan olduğunu dərk edirlər. Ama məlum olub ki, günün hansı saatında çəkməkdən asılı olaraq, ziyanın dərəcəsi dəyişilir.

Pen Steyt amerika kollecinin alimləri belə bir gərara gəliblər ki, səhər sübhdən siqaret çəkmək ən təhlükəlisidir. Onlar öz araşdırmalarının konkret nəticələrini göstəriblər. Məlum olub ki, səhər durandan sonra yarımsaat içində çəkilən siqaret ağ ciyər, boğaz, beyin xərçəngi riskini artırır.

Araşdırmalarda siqaret asıllığı olan insanlar iştirak ediblər. Nəticədə məlum olub ki, səhər duran kimi siqaret çəkənlərin onkoloji xəstəliklərə tutulma riskləri 80-100% daha gec saatlarda siqaret çəkənlərdən çoxdur. Burada əsas aktiv yuxudan sonra keçən müddətdir. Orqanizm yuxulu halda siqaretin ölümcül təsirindən daha az müdafiə olunur.

Alimlər belə nəticəyə gəliblər ki, onkoloji xəstəliklər baxımından ən “təhlükəsiz” siqaret çəkmək vaxtı, oyandıqdan 1-2 saat sonradır. Lakin “təhlükəsiz” sözü burada nisbi olub, siqaret çəkənlərin qocalıqdan ölməmək riski siqareti hansı saatlarda çəkməklərindən asılı olaraq heç də azalmır.

Daha əvvəlki araşdırmalar müəyyən edib ki, ağ ciyər xərçənginin səbəbi 90% hallarda siqaret ucbatındandır. Həmçinin hesablanmışdır ki, gün ərzində 10 çəkilmmiş siqaret sizin ömrünüzü 2-3 il azalda bilər. Bu göstərici 20 siqaret olduğu halda ömrünüz 5-7 il arası azala bilər.

Siqaretdən imtina etsəniz 5-6 ildən sonra xərçəng riskinizi azaltmış olacaqsınız.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın