Home / XƏBƏRLƏR  / Yaponiya zooparklarında şirlər və pələnglər modelyer oldular

Yaponiya zooparklarında şirlər və pələnglər modelyer oldular

Yapon heyvan sevənlər geyim modelinin yaradılmasına yeni yanaşma kəşf ediblər. Unikal yırtıqlı cinslərin yaradılmasına onlar zooparkın vəhşi heyvanlarını cəlb ediblər. Bu barədə The Wall Street Journal yazır. «Bizlər heyvanların müdafiəsinə diqqəti cəlb etməyin ən sadə üsulunu

şir və pələng
Yapon heyvan sevənlər geyim modelinin yaradılmasına yeni yanaşma kəşf ediblər. Unikal yırtıqlı cinslərin yaradılmasına onlar zooparkın vəhşi heyvanlarını cəlb ediblər. Bu barədə The Wall Street Journal yazır.

«Bizlər heyvanların müdafiəsinə diqqəti cəlb etməyin ən sadə üsulunu axtarırdıq. Belə biz zoo-cins fikrinə gəldik», — bu barədə Zoo Jeans layihəsinin rəhbəri Takuya Miyamoto deyib.

Entuziastlar ilk öncə Tokyo zooparkının rəhbərliyi ilə əlaqə saxlamış və razılıq alındıqdan sonra təşkilatçılar cins parçalarını təkərlərə və böyük hava balonlarına sarıyaraq heyvanların önünə atmışdırlar.

«Biz sadəcə heyvanlara 3 saat oynamağa icazə verdik və parçalar hazır idi», — Miyamoto deyib. Bundan sonra həmin parçalar fabrikə göndərilmiş və dörd cüt cins tikilmişdir. «Cinsin üzərindəki bütün yırtıq və deşiklər heyvan instinqi ilə hazırlanmışdır», — layihənin rəhbəri qeyd edib.

Üç cins onlayn-satışa qoyulmuşdur və 14 iyula kimi satılacaq. Cinsin qiyməti artıq 1,2 min dollara çatıb. Satışdan əldə olunan gəlir Tokyo zooparkının və Ümumdünya vəhşi təbiət fondunun hesabına keçiriləcəkdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın