Home / İDMAN  / Fitnes 30 yaşlardan sonra

Fitnes 30 yaşlardan sonra

30 yaşdan sonra metobolizm pozulur və hormon səviyyəsi azalır, üstəlik fit bədən yığmaq olmur? Bu yazıda bütün suallara cavab tapa biləcəksiniz. 30 yaşdan sonra qarın niyə çıxır? Bir çoxları 30 yaşdan sonra zamanın artıq keçdiyini və yenidən

fitnesin yaşı
30 yaşdan sonra metobolizm pozulur və hormon səviyyəsi azalır, üstəlik fit bədən yığmaq olmur? Bu yazıda bütün suallara cavab tapa biləcəksiniz.

30 yaşdan sonra qarın niyə çıxır?

Bir çoxları 30 yaşdan sonra zamanın artıq keçdiyini və yenidən fit bədən quruluşunu heçvaxt əldə edə bilməyəcəklərini düşünürlər. Onlar iradəsizliklərini gizlədərək, idmanın asan lakin artıq olar üçün gec olduğunu iddia edirlər.

Çıxan qarınlarını “dərd” adlandırırlar, hətta qarınları ilə fəxr etdiklərini göstərmək istəsələr də bu əlbəttə belə deyildir. Öz üzərində işləmək və inkişaf etməkdən isə bu kişilər talehləri ilə barışıb və onlardan heç bir şeyin asılı olmadığını iddia edirlər.

Çimərlikdə yaxşı necə görsənmək olar?

Razılaşın ki, hər birimiz çimərlikdə inamlı olmaqla yanaşı, başqaların diqqətini də cəlb etmək istəyirik. Gəlin boynumuza alaq ki, bizlər özümüzə inamı artırmaq üçün idmanla məşğul oluruq. Hər bir şey sizin əlinizdədir və yalnız siz özünüzü seksual edə bilərsiniz.

Fit bədən quruluşunun sirri nədir?

Yalnız məşqlər əzələ yaratmır, yalnız qidalanmaq və qidalanmaq. Fit bədən quruluşuna hər bir yaşda sahib olmaq olar – bunun üçün düzgün qidalanmaq lazımdır ki, metabolizm də bərpa olunsun, hormon səviyyəsi də normallaşsın. Üstəlik bunlar sizi özünüzü daha gənc hiss elətdirəcək.

Məşqlərə yanaşmanı dəyişmək lazımdır. Anlamaq lazımdır ki, məşq boş boşuna ağırlıq qaldırmaq deyildir. Məşqlər sizə orqanizmin qida enerjisini düzgün sərfi üçün lazımdır.

Əzələlər necə artır?

Ağırlıq məşqləri zaman əsas işləyən əzələyə düşən gücün sürətidir. Bu səbəbdən həzm olunmuş zülal və karbohidratlar əzələ ətrafındakı sarkoplazmada yığılır. Orta hesabla əzələ 150 qr karbohidrat ehtiyatını yığır.

Effektiv məşqlər zamanı bu ehtiyatlar tükənir və vacibdir ki, orqanizm bu ehtiyatları yenidən bərba eləsin. Yalnız bundan sonra bərpa olunma prosesi və əzələ kütləsinin artımı prosesi gedir.

30 yaşlarında metabolizm fərqlidirmi?

Əslində metabolizm orqanizmdə qidadan alan enerjini əzələ enerji ehtiyatına çevirən bir imkandır. Gənclərdə əgər kalorilərin əksər hissəsi əzələ ehtiyatına göndərilirsə, yaşa dolduqca bu hal piy hüceyrlərinin xeyrinə olur.

Lakin düşünün: əgər siz 10 il idmanla məşğul olmamısınız isə orqanizm enerji ehtiyatını niyə əzələyə göndərməlidir? Kişilər özləri öz metabolizmini pozurlar, onlar çoxlu kalori qəbul edirlər və hərəkətsiz həyat tərzi sürürlər.

Testosteron və digər hormonlar

Həqiqətən də yaşa dolduqca testosteron və artım hormonlarının səviyyəsi azalır. Lakin yenədə əgər siz bunlardan istifadə etmirsiniz isə orqanizm onların səviyyəsini niyə normada saxlasın? Testosteron əzələ artımı üçün vacibdir, lakin bunun üçün məşq etmək də mütləqdir.

Yalnız daimi əzələ enerji ehtiyatlarını boşaldıb dolduraraq və düzgün qidalanaraq siz orqanizmdə hormonal fonu yaxşılaşdıracaq, idman metobolizmini əldə edə biləcəksiniz.

30 yaşlıların səhvləri

Bir çoxları əzələ yığmaq istəyirlər, lakin kökəlməkdən qorxduqları üçün daha az kalorili və karbohidratlı qidalar qəbul edirlər. Nəticədə əzələ yığmaq üçün orqanizmin gücü çatmır.

Doğrudur daha gənc yaşlarında orqanizm qəbul olan qidadan enerjini daha effektiv istifadə edir və əzələ artımına sərf edir. Əslində sizin orqanizminiz də bunu edə bilər. Sadəcə onu buna öyrəşdirmək lazımdır.

Fit bədən quruluşuna bütün yaşlarda nail olmaq olar, əsas bilmək lazımdır ki, məşqdən öncə ən əsası düzgün qidalanmaqdır. Formanızı bərpa edərək siz hormonal səviyyənizi yaxşılaşdıracaqsınız ki, sizin libido və seksual aktivliyinizə müsbət təsir göstərəcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın